Icma.az
close
up
RU
İşıq və qaz pulu ödənişi qaydası dəyişir: Yaşayış olmayan ev sahiblərini nə gözləyir?

İşıq və qaz pulu ödənişi qaydası dəyişir: Yaşayış olmayan ev sahiblərini nə gözləyir?

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin gündəliyndə olan “Qaz təchizatı haqqında” yeni qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə, qaz təchizatı sektorunda tətbiq olunacaq tənzimlənən qiymətlər (tariflər), eyni zamanda sabit tariflərlə bağlı bəzi məqamlar cəmiyyət üçün tam aydın deyil.

Layihəyə əsasən, qazın nə qədər istifadə edilməsindən asılı olmayaraq, hər bir istehlakçı üçün müəyyən edilən aylıq sabit ödəniş “sabit tarif” sayılacaq və bu ödəniş qaz istehlakından asılı olmayan sabit xərcləri qarşılamaq məqsədilə tətbiq olunacaq. Sektorda tariflər tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında yerləşdiriləcək. Maraqlıdır ki, sənəddə hər iki müddəa üzrə tariflərin necə hesablanacağı qeyd edilməyib. Lakin anlaşılan odur ki, 2028-ci ilin iyulundan yaşayış olmayan evlər də sabit tarif əsasında qaz və işıq pulu ödəyəcəklər.

İqtisadçı-ekspert Natiq Cəfərli Teleqraf-a bildirib ki, bu vətəndaşların ödədikləri vergilərlə qaz-enerji infrastrukturunun qurulmasında iştirakı deməkdir:

"Çünki, ölkədə infrastruktur layihələrinin çoxu büdcə hesabına həyata keçirilir. Getdikcə neft gəlirləri azalır, hökumət büdcədən subsidiyaları kəsərək həmin vəsaiti vergi şəklində vətəndaşa yükləyir. İkincisi, biz vətəndaşların seçimi yoxdur. Su, işıq, qaz dövlət şirkətlərinin əlindədir, bizim hüquqlarımızı kim qoruyacaq?! Saatlarla işıq, qaz, su olmayanda şirkətlər vətəndaşlara kompensasiya ödəyəcəklərmi?".

Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı isə söyləyib ki, bu gün Bakıda daimi yaşayış olmayan həyət evlərinin sayı çoxdur:

“Bunlar əsasən təmirsiz mənzillərdir. Mənzil fondunun 1%-ni belə təşkil etməyən, çox cüzi sayda mənzillərdə hazırda yaşayış yoxdur. Lakin bağ evləri, koteclər kimi daimi yaşayışın olmadığı fərdi yaşayış evlərinin sayı həddən artıq çoxdur. Elə adam var ki, onun 5 bağ evi var. Hansiki bu əmlaklar qaz təchizatına qoşulublar. Təbii qazdan istifadənin yüksək olduğu qış aylarında həmin evlərdə orta sərfiyyat olmur. Yay aylarında isə aylıq ödəniş 10 manata belə çatmır. Bir sözlə, normal halda fərdi yaşayış evinin orta aylıq qaz sərfiyyatı 50 manat təşkil edirsə, belə əmlaklarda 3-4 ay üzrə sərfiyyatın dəyəri 10 manat olur. Əslində hökumət burada tənzimləyici bir rəqəmin tətbiqinin vacibliyini düşünür".

Ekspertin fikrincə, qanun layihəsində nəzərdə tutulan sabit tarif anlaşılmayan qərardır.

Qeyd edək ki, hazırda Milli Məclisdə müzakirədə olan qanun layihəsində nəzərdə tutulan müddəalar beynəlxalq təcrübədə illərdir tətbiq edilir. Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zelandiya, Kanada, ABŞ, Almaniya, Fransa, İspaniya, Niderland, Belçika, Danimarka, İsveç kimi ölkələrdə sabit tarif sistemi var.

Məsələn, Böyük Britaniyada sabit ödənişin məbləği ödəyicinin yerləşdiyi əraziyə və sayğac növünə görə dəyişir. Vətəndaş sabit ödəniş sisteminin tətbiqindən imtina da edə bilər, lakin bu halda qaz və elektrik enerjisindən istifadə baha başa gələcək. Yeri gəlmişkən, ölkədə ev təsərrüfatları ildə 300 funt sterlinqdən çox sabit ödəniş edirlər.

O ki qaldı hazırda bir sıra rezidentlərdə mənzillərdə yaşayış olmadığı halda qaz və elektrik enerjisi üçün aylıq ödəniş edilməsinə, enerji məsələri üzrə ekspert İlham Şaban qeyd edib ki, qanun layihəsi Azərbaycan cəmiyyəti üçün ilk baxışdan qeyri-adi görünsə də, praktikada bu tələb yenilik deyil:

“Bakıda yeni tikililərdə sakinlər daimi yaşamadıqları mənzilin kommunal xərclərini ödəyirlər. Bəs nəyə görə indi bu qanuniləşdirilir? 2028-ci ildən sonra elektrik enerjisinin qiyməti dövlət tərəfindən tənzimlənməyəcək. Bunu bazar müəyyənləşdirəcək. Niderland, Almaniya, ABŞ və yaxud Sinqapur kimi ölkələrdə müəyyən saatlarda əhali kateqoriyası üzrə elektrik enerjisi təminatı ödənişsiz olur. Göründüyü kimi bu güzəşt əsasən, yaşıl enerjinin payının ənənəvi enerjini üstələdiyi ölkələrdə mövcuddur. Lakin digər bir tərəfdən, mövsümə uyğun olaraq qiymətlərin artması və ya azalması praktikası da var".

Ekspertin sözlərinə görə, yeni qanunun qüvvəyə minməsindən sonra vətəndaşlar istifadə etməsə də, qaz və elektrik enerjisi üçün ayda cəmi 1 manat ödəniş edəcəklər:

“Vətəndaş tərəfindən ödəniləcək məbləğ hələ ki açıqlanmayıb, çünki bu prosesin tətbiq olunması bir neçə il çəkəcək. Xərcləri istehlakçı qarşılayacaq. Vətəndaşın ödəyəcəyi sabit tarif hazırda qaz və elektrik enerjisi üçün ödənilən məbləğin 10%-i qədər ola bilər. Əgər sabit tarif 10 manat olarsa, hökumət istədiyi nəticənin əvəzində tamamilə başqa bir effekt alacaq. Bu vəsait binaya transformator, qazpaylayıcı yeşiklərin quraşdırılması və sair xidmətləri qarşılayacaq. Kommunal infrastrukturun keyfiyyətinin təminatı indiyədək dövlət büdcəsi hesabına reallaşdırılırdısa, artıq bazar iqtisadiyyatı prinsipləri ilə tənzimlənəcək. Ümumiyyətlə, bir neçə il sonra hasilatın, idxalın, ümumiyyətlə isə yerli bazara daxil olan qazın maya dəyərinə uyğun xərclər müəyyənləşdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 İyun 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri