Icma.az
close
up
RU
İşıq və qazda sabit tarif: Nə olacaq, necə olacaq?

İşıq və qazda sabit tarif: Nə olacaq, necə olacaq?

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Xəbər verdiyimiz kimi, "Elektroenergetika  haqqında" qanuna edilən dəyişikliklərə görə, elektrik enerjisinin ödənilməsində sabit tarif tətbiq olunacaq. "Qaz təchizatı haqqında" yeni qanunda da sabit tariflər nəzərdə tutulub.

Qanuna əsasən, sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq. Belə ki, artıq mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər.

İqtisadçı Razi Abasbəyli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qaz istehlakı ilə bağlı pərakəndə satışda sabit tarifin tətbiq olunması heç də ziyanlı məqam deyil. Bu, Avropanın uzun illərdir sınaqdan keçmiş bir təcrübəsidir:

"Avropada iki tarif mövcuddur. Sabit tarifdə müəyyən müddətlik, məsələn bir və ya iki illik sabit qiymət təklif olunur. Bu sabit tarif paketi adətən şəhərlər üçün keçərlidir. Digər tarif isə dəyişkən tariflərdir. Bu tarif qazın beynəlxalq bazardakı qiymətinə görə dəyişir. Tarif paketi hər ay və ya rüblük üzrə yenilənir. Eyni zamanda abunəçi qaz təchizatçısını dəyişməkdə və yeni tarifə keçməkdə azaddır. Avropa ölkələrində ev təsərrüfatları üçün 1 kub qazın qiyməti təxminən 0.8 avro səviyyəsində dəyişir və bu, normal qəbul olunur. Avropa ilə yanaşı, bir sıra ölkələrdə vahid tarif tətbiq olunur. Qaz təchizatı ilə bağlı istehlakçılara bir neçə paket təklif olunur. İstehlakçılar limitsiz, lakin vahid tarifə keçə bilirlər. Onlar 1 və ya 2 illik, 6 aylıq müqavilə bağlayırlar və limitsiz olaraq qazla təmin olunurlar. Bu məsələ Azərbaycanda hələlik ilkin müzakirələr səviyyəsindədir. Ona görə də detalları məlum deyil".

Müsahibimizin fikrincə, bütün hallarda Avropa təcrübəsindən götürülən bu məsələnin Azərbaycan reallıqlarına uyğunlaşdırılmasına ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, ölkəmizdə minimum əməkhaqqı Avropanın ən zəif iqtisadi imkanları olan ölkəsindəki əməkhaqqından da aşağıdır. Ona görə də limitsiz qaz təchizatı ilə tariflər tətbiq olunacaqsa, vətəndaşların gəlirləri, minimum və orta aylıq əməkhaqqı göstəriciləri diqqətə alınmalıdır.

Razi Abasbəyli: Yeni təchizat istiqamətində atılan addımlar vətəndaş üçün əlverişli şərait yaradır

"Həmçinin aztəminatlı ailələr üçün tariflər ayrı olmalıdır. Xüsusilə şəhid ailələrinin, ailə başçısının hər ikisinin itirildiyi ailələrin, ailə sayına görə əlilliyi olan şəxslərin və bu kimi kateqoriyalardan olan vətəndaşların mənzilində qaz təchizatı fərqli tariflə təmin olunmalıdır. Ümumilikdə sabit tariflərin tətbiqində ədalətsizlik mövcud deyil. Bu, dünyada qəbul olunmuş normadır. Onu da qeyd edim ki, tariflərə keçid pulsuz tətbiq olunur. Yeni təchizat istiqamətində atılan addımlar vətəndaş üçün əlverişli şərait yaradır və buna görə də dəstəklənməsinə ehtiyac var", - iqtisadçı əlavə edib.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:359
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 İyun 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri