Şuşa dirçəlir
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyatlar Azərbaycanın ərazi bütövlüyünün bərpası, uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi istiqamətində xalqımızın tarixinə qızıl hərflərlə yazılan Zəfər yolunun başlanğıcı oldu. Ordumuzun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq, peşəkarlıq və yüksək döyüş əzmi qısa müddətdə böyük hərbi uğurların əldə olunmasını təmin etdi.
Qazanılan bu tarixi nailiyyətlərin arxasında uzun illər ərzində formalaşdırılmış güclü dövlətçilik strategiyası dayanırdı. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu siyasəti Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdı. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan böyük inkişaf yolu keçdi. Dövlətin beynəlxalq nüfuzu yüksəldi, müdafiə potensialı gücləndi, milli maraqların qorunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirildi.
Azərbaycan Ordusunun müasir silah və hərbi texnika ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının artırılması ölkəmizin müdafiə potensialının gücləndirilməsində mühüm rol oynadı. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində güclü və müasir ordu formalaşdırıldı. Bunun ən parlaq nəticəsi 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbə oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın birliyi sayəsində 44 gün davam edən müharibədə torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Xüsusilə, noyabrın 8-də həyata keçirilən Şuşa əməliyyatı nəticəsində şəhərin azad olunması Vətən müharibəsinin taleyində həlledici rol oynadı. Bu tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i Prezidentin Sərəncamı ilə həm Zəfər Günü, həm də Şuşa Şəhəri Günü kimi təsis edildi.
Sonda qeyd etmək istərdim ki, Şuşanın azad edilməsindən sonra şəhərdə həyat yenidən canlanmağa başlamış, genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilmişdir. Hazırda Şuşada mühüm infrastruktur layihələri həyata keçirilir, tarixi və yaşayış binaları yenidən inşa olunur, şəhərin əvvəlki siması bərpa edilir. 20 mart 2021-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş Şuşaya səfəri və Cıdır düzündə Novruz bayramı tonqalını alovlandırması xalqımız üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyırdı. Uzun illər işğal altında qalan bu müqəddəs torpaqda Novruz tonqalının yandırılması Azərbaycanın öz tarixi torpaqlarına qayıdışının və milli-mənəvi dəyərlərinə sahib çıxmasının rəmzinə çevrildi. Bu gün Şuşada aparılan genişmiqyaslı bərpa işləri və həyata keçirilən infrastruktur layihələri Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ardıcıl dövlət siyasətinin nəticəsidir. Şuşa bundan sonra da Azərbaycanın mədəniyyət paytaxtı və milli qürur rəmzi kimi inkişaf edəcəkdir.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Bu mövzuda digər xəbərlər:Qarabağın incisi sayılan Şuşa sürətlə dirçəlir
08 May 2026 14:25
AP: İran dirçəlir
24 Sentyabr 2025 14:46
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
08 Noyabr 2025 10:14
Laçın sürətlə dirçəlir, dəyişir
30 Aprel 2025 13:58
Füzuli dirçəlir, həyat qayıdır
16 Oktyabr 2025 13:23
Baxış sayı:71
Bu xəbər 03 Noyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















