Icma.az
close
up
RU
İşıqforda mübahisə edən sürücü həmkarını güləş fəndi ilə yerə sərdi

İşıqforda mübahisə edən sürücü həmkarını güləş fəndi ilə yerə sərdi

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Asif Ağayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1 000 manat məbləğində cərimə cəzası təyin edilib.
 

İttihama görə, Asif Ağayev ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayəti törədib.


Belə ki, o, bu ilin avqust ayında, saat 09:30 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində notarial etibarnamə əsasında idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusla hərəkətdə olarkən yol ayrıcında işıqforun qırmızı işığında dayanıb. Sonra işıqforun yaşıl işığı yanan zaman hərəkətini davam etdirib.
Bu vaxtı həmin yolun sol hərəkət zolağından sağ istiqamətə onun qarşısına çıxaraq hərəkətini məhdudlaşdıran “Toyota” markalı avtomobilin sürücüsü, əvvəllər tanımadığı zərərçəkmiş Slavik Behbudova (adı, soyadı şərtidir) əl hərəkətləri ilə iradını bildirib. Bundan sonra zərərçəkmiş şəxs avtomobilindən düşərək yaxınlıqda dayanan mikroavtobusa yaxınlaşıb, açıq yan şüşəsindən başını içəri salaraq təqsirləndirilən şəxslə danışmaq istəyib.
Asif Ağayev isə onun bu hərəkətinə aqressiv reaksiya göstərərək, mikroavtobusdan düşüb Slavikə yaxınlaşıb, aralarında baş verən cüzi mübahisəni bəhanə edərək, uca səslə nalayiq ifadələr işlədib.
Daha sonra təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə zor tətbiq edib, yumruğu ilə onun üz nahiyəsinə bir neçə dəfə zərbələr endirib, sol əli ilə çiynindən dartıb və arxasından qucaqlayıb güləş fəndi ilə yerə çırpıb. Ardınca yerə yıxılmış vəziyyətdə olan Slavikin bel nahiyəsinə sağ ayağı ilə bir dəfə təpiklə zərbə vurub.
Zərərçəkmiş şəxsə vurulan zərbələr nəticəsində başın təpə nahiyəsində əzilmiş-kəsilmiş yara, sol yanaqda sıyrıq yaranıb.
Hadisədən sonra Asif Ağayev saxlanılıb və onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. (Pravda.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Oktyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri