Icma.az
close
up
RU
İşıqlı ömrün sönməyən xatirəsi

İşıqlı ömrün sönməyən xatirəsi

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zərifə Əliyeva Azərbaycan elminin tarixində özünəməxsus izi olan, adı dərin ehtiramla xatırlanan görkəmli ziyalılardandır. Onun ömrü təkcə bir alimin elmi fəaliyyəti ilə deyil, həm də insanlığa xidmət edən nurlu bir həyat yolunun simvolu kimi dəyərləndirilir. O, oftalmologiya elminə verdiyi töhfələrlə yanaşı, insanlara göstərdiyi diqqət, qayğı və mərhəmətlə yaddaşlarda silinməz iz buraxmışdır.

Zərifə xanımın, keçdiyi həyat yolu elmə, insan sağlamlığına və xüsusilə göz xəstəliklərinin müalicəsinə həsr olunmuş mənalı, zəngin və örnək bir ömürdür. Zərifə Əliyevanın xatirəsi təkcə bir alim kimi deyil, həm də böyük ürək sahibi, insanlara sevgi, mərhəmət və qayğı ilə yanaşan bir ziyalı kimi bu gün də yaşayır.

Anım günü bu nurlu ömrün izlərini bir daha xatırlamaq, onun həyat amalını dərk etmək və gələcək nəsillərə ötürmək üçün dərin mənəvi məna daşıyan bir fürsətdir. Bu gün biz yalnız bir alimi deyil, eyni zamanda yüksək mənəvi dəyərləri şəxsiyyətində birləşdirən, insanlıq nümunəsinə çevrilmiş böyük bir insanı ehtiramla yad edirik.

Zərifə Əliyevanın adı Azərbaycan elminin, səhiyyəsinin və mənəvi düşüncə tarixinin ayrılmaz bir hissəsinə çevrilmişdir. Onun keçdiyi həyat yolu, göstərdiyi fədakarlıq və insanlara bəxş etdiyi ümid bu gün də yaşayır və hər bir insan üçün örnək olaraq qalır.

O, zəngin mənəviyyata, yüksək intellektə və dərin humanizmə malik bir alim idi. Oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar sayəsində yalnız ölkəmizdə deyil, beynəlxalq elmi mühitdə də böyük nüfuz qazanmışdır. Xüsusilə sənaye müəssisələrində çalışan insanların görmə orqanlarına mənfi təsir göstərən amillərin araşdırılması və bu istiqamətdə profilaktik tədbirlərin işlənib hazırlanması onun elmi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Bu sahədə əldə etdiyi nəticələr onun adını dünya oftalmologiya elminin görkəmli nümayəndələri sırasında möhkəmləndirmişdir.

Onun elmi irsi olduqca zəngindir. Zərifə Əliyeva çoxsaylı monoqrafiyaların və elmi məqalələrin müəllifi olmuş, oftalmologiyanın müxtəlif sahələri üzrə dəyərli tədqiqatlar aparmışdır. Bu əsərlər bu gün də gənc həkimlər və tədqiqatçılar üçün mühüm elmi mənbə kimi öz aktuallığını qoruyur. O, daim yeniliyə açıq olmuş, tibbin inkişafına xidmət edən yeni elmi yanaşmaların formalaşmasına xüsusi diqqət yetirmişdir.

Akademikin fəaliyyəti yalnız elmi tədqiqatlarla məhdudlaşmırdı. O, eyni zamanda yüksək səviyyəli pedaqoq kimi tanınırdı. Gənc mütəxəssislərin yetişdirilməsinə böyük önəm verir, onlara yalnız bilik deyil, həm də peşə etikası, məsuliyyət və insanlara hörmət hissini aşılayırdı. Onun yetirmələri bu gün də onun elmi məktəbini layiqincə davam etdirirlər.

Heydər Əliyev bu böyük şəxsiyyət haqqında demişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Bu fikirlər Zərifə Əliyevanın şəxsiyyətinin böyüklüyünü və onun çoxşaxəli fəaliyyətini dolğun şəkildə ifadə edir. O, həm elm adamı, həm nümunəvi qadın, həm qayğıkeş ana, həm də sədaqətli həyat yoldaşı kimi xalqın yaddaşında silinməz iz qoymuşdur. Onun həyatı Azərbaycan qadınının mənəvi ucalığının parlaq təcəssümüdür.

Zərifə Əliyevanın ictimai fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. O, müxtəlif sosial layihələrdə fəal iştirak edir, insanların sağlamlığı və rifahı naminə təşəbbüslərlə çıxış edirdi. Onun ideyaları və fəaliyyəti cəmiyyətin inkişafına və sosial məsuliyyətin güclənməsinə mühüm töhfə vermişdir.

Bu gün onun adı böyük ehtiramla yad edilir. Elmi irsi, pedaqoji fəaliyyəti və yüksək insani keyfiyyətləri gələcək nəsillər üçün əvəzolunmaz örnək olaraq qalır. Azərbaycan tibb elmi onun yaratdığı zəngin məktəb üzərində inkişafını davam etdirir və yeni uğurlar qazanır.

Anım günü bir daha göstərir ki, belə şəxsiyyətlər xalqın yaddaşında əbədi yaşayır. Zərifə Əliyeva nin həyatı, elmə və insanlığa həsr olunmuş ömrü hər zaman nümunə kimi qalacaqdır. Onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, adı isə Azərbaycan tarixində ucalıq və hörmət rəmzi kimi əbədiləşəcəkdir.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Aprel 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see642

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see549

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see300

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see277

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see274

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see263

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see263

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see263

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see234

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see232

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see231

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see231

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see231

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see228

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see227

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see226

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see224

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see221

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri