Icma.az
close
up
RU
Təranə Paşayeva işıqlı ömrün hekayəsi

Təranə Paşayeva işıqlı ömrün hekayəsi

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəlalə Göytürk 


Bəzən bir insanın taleyi yüzlərlə, hətta minlərlə insanın həyatına təsir edir, başqalarının ömründən bir işıq dalğası kimi keçir. Elə insanlar var ki, onların adı həm uğur, nailiyyət rəmzi, həm də mərhəmət, vətənpərvərlik və böyük sevgi daşıyıcısı kimiyadda qalır. Bu cür işıqlı insanlardan biri də tanınmış klinik psixoloq, psixologiya üzrə fəlsəfə doktoruTəranə Paşayevadır. Təranə xanım ziyalı ailəsində, elm ocağında dünyaya göz açıb. Atası, Azərbaycanın görkəmli alimlərindən biri, məşhur filoloq və folklor bilicisi, professor Qəzənfər Paşayevdir.  


Təranə xanım Azərbaycana Qənirə Paşayeva kimi  fenomenal bir şəxsiyyət, böyük ictimai xadim bağışlayan adlı-sanlı bir nəslin övladı, ziyalı ocağının yetirməsidir. 

Savadlı bir mütəxəssis, elm adamı və pedaqoq kimi Təranə Paşayevanın ən böyük uğuru şübhəsiz ki,  “Loqos” Psixoloji və Nitq İnkişaf məkəzidir. 2014-cü ilin martında əsası qoyulan “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi bu gün artıq 11 filialla Bakıda və Azərbaycanın müxtəlif bölgələrində – Sumqayıt, Gəncə, Bərdə, Lənkəran, Xaçmaz, Quba şəhərlərində də uğurla fəaliyyət göstərir. Psixologiya, loqopediya, klinik terapiya, duyu bütünləmə kimi vacib sahələr üzrə vətəndaşlara xidmət göstərən “Loqos” yüzlərlə insanın həyatında müsbət dönüş yaradıb.

Təkcə 2024-ci ildə bu mərkəzdə 6000-dən artıq şəxs fərdi terapiya və inkişaf proqramlarından yararlanıb. Yüzlərlə uşağın ilk sözü, ilk təbəssümü, ilk uğuru məhz “Loqos”un peşəkar heyətinin zəhməti sayəsində ərsəyə gəlib. 

Təranə Paşayeva iqtisadiyyat üzrə ali təhsil alsa da həyat yolunu psixologiya sahəsində davam etdirmiş, psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır. O, Rusiyada tanınmış Bexterev adına Elmi-Tədqiqat Mərkəzində klinik psixologiya üzrə ixtisaslaşmış, Türkiyə və Avropada aparıcı psixoterapevtik təlimlərin uğurlu iştirakçısı olaraq ölkəmizi təmsil etmişdir. 

Hazırda Təranə xanımın rəhbərlik etdiyi “Loqos” sadəcə, bir terapiya mərkəzi deyil – eyni zamanda, elmi biliklərin paylaşılması, gənc kadrların yetişdirilməsi və cəmiyyətə faydalı insan potensialının formalaşdırılması üçün böyük bir məktəb rolunu oynayır. 

Təranə xanımın işgüzar fəaliyyəti təkcə elmi və pedaqoji sahə ilə məhdudlaşmır. 

O, həm də şəhid və qazilərimizin ailələrinə göstərilən psixoloji dəstək təşəbbüslərinin, azad edilmiş torpaqlarımızda yeni “Loqos” filiallarının yaradılmasının, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına yönəlmiş layihələrin aparıcı təşəbbüskarı kimi çıxış edir. 

İyulun 13-ü,sözün bütün mənalarında gözəl insanın - Təranə xanım Paşayevanın doğum günüdür. 

Əlbəttə, Təranə xanımın və “Loqos”un çoxspektrli fəaliyyətini kiçik bir yazı ilə tam əhatə etmək mümkün deyil. Bu yazı bir araşdırmadan daha çox, övladının psixoloji inkişafını “Loqos”a etibar edən bir valideynin Təranə xanıma doğum günü münasibətiləünvanladığı ürək sözləridir. 

Dəyərli Təranə xanım, yeni yaşınız sizə yeni uğurlar və tükənməz enerji gətirsin! Cəmiyyətimizə ümid verən işığınız sönməsin! 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri