Neftçidə islahatlar davam edir komandada növbəti ayrılıq
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
"Neftçi"də daha bir ayrılıq yaşanmağa yaxındır.
Apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev komandanı tərk etmək üzrədir.
Buna səbəb isə futbolçunun özünü "Neftçi"də xoşbəxt hiss etməməsidir. İstədiyi performansı sərgiləyə bilməyən Şeydayev komandadan və ümumiyyətlə, Azərbaycandan ayrılmaq haqda götür-qoy edir.
Bunun üçün ona sərfəli və cəlbedici təklif olmalıdır. Belə ki, Ramili razı salan təklif olarsa, o, komandadan ayrılacaq. Təkliflər gəlməzsə, Şeydayev "Neftçi"də qalacaq və karyerasına bu klubda davam edəcək.
Qeyd edək ki, Ramil Şeydayev yayda "Neftçi" ilə müqavilə imzalayıb. Onun "ağ-qaralar"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Coşqun Diniyevin komandasından qələbə Rəşad Sadıqov: “Uğurun sirrini onda görmüşəm” Vaqif Cavadov: “Səhvləri heç vaxt kiminsə üzərinə atmamışam” "Zirə”dən böyükhesablı qələbə - YENİLƏNİB “Neftçi” – “Qarabağ” matçı üçün 5000 bilet satılıb
Baxış sayı:128
Bu xəbər 01 Dekabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















