Icma.az
close
up
RU
İslahatlar nəticə verir: Vətəndaşların hüquqa inamı artıb

İslahatlar nəticə verir: Vətəndaşların hüquqa inamı artıb

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasimədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Bu gün ölkəmizdə insan hüquqları sahəsində tədbirlər məqsədyönlü şəkildə həyata keçirilir.

Bakıvaxtı.az xatırladır ki, bu istiqamət üzrə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dünya birliyinin tamhüquqlu subyekti kimi 200-ə qədər, o cümlədən, insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox mühüm beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyalara 1966-cı il Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt, 1966-cı il İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Pakt, BMT-nin 1989-cu il Uşaq Hüquqları Konvensiyası, BMT-nin Qadınların Siyasi Hüquqlarına dair 1952-ci il Konvensiyası, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1979-cu il Konvensiyası, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1965-ci il Beynəlxalq Konvensiyasını və başqalarını misal çəkmək olar.

Həmçinin Ulu öndərin təşəbbüsü ilə 1998-2002-ci illərdə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Qanun, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul olunub. Onun siyasi davamçısı kimi ölkə başçısı İlham Əliyev də hazırda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində təqdirəlayiq addımlar atmaqdadır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırması danılmazdır. Belə ki, ölkəmiz demokratik dəyərlərin mənimsənilməsi, Avropaya inteqrasiya, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində mühüm uğurlara nail olub.

Dədəkişi Vəlizadə: İnsan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində mühüm irəliləyişlər əldə olunub

Bu mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vəkil Dədəkişi Vəlizadə öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizin hüquqi dövlət olduğu təsbit edilib. Bu, öz növbəsində dövlət idarəçiliyində hüququn aliliyinin təmin edilməsini, hüquqi islahatların həyata keçirilməsini və cəmiyyət üzvləri arasında hüquqi mədəniyyətin formalaşdırılmasını zəruri edir. Heç də təsadüfi deyil ki, ölkə başçısının təşəbbüsü ilə bu istiqamətdə mühüm addımlar atılıb, qəbul olunan strateji sənədlər və həyata keçirilən proqramlar hüquq sahəsində sistemli və ardıcıl islahatların aparılmasına təmin edib.

Vəkil qeyd edib ki, məhz bu islahatlar nəticəsində hüquqi bazanın təkmilləşdirilməsi, məhkəmə-hüquq sisteminin modernləşdirilməsi və insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Məhkəmələrin müstəqilliyinin artırılması, elektron məhkəmə sisteminin tətbiqi və vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi bu sahədə görülən əsas tədbirlərdəndir:

“Atılan addımlar nəticəsində vətəndaşların hüquqa və dövlət orqanlarına inamı artıb. Bu, vətəndaşların dərc edilən qanunvercilik aktlarını izləməsi, sosial şəbəkələr vasitəsilə hüquqi müzakirələrdə aktiv iştirak etməsi və s. ilə öz təsdiqini tapmaqdadır. Vətəndaşlar həm dövlət orqanları ilə, həm də öz aralarında yaranan mübahisəli məsələlərin hüquqi yolla həllinə inanır və bunun üçün uyğun hüquqi həll yollarını axtarırlar. Bu, heç şübhəsiz, islahatların nəticələrinin bariz nümunələrindən biridir".

İslahatların davam etdiyini vurğulayn D.Vəlizadəyə görə, atılan addımlar mövcud problemlərin gələcəkdə həllini tapacağına inam yaradır. Bu problemlərdən biri isə “Elektron-istintaq” informasiya sisteminin olmamasıdır:

"Aydın məsələdir ki, bu sahədə şəffaflığın təmin edilməsi, prokurorluq orqanlarının istintaq üzərində effektiv nəzarətinin gücləndirilməsi və proses iştirakçılarının istintaq orqanları ilə operativ əlaqələrinin qurulması üçün elektronlaşmanın tətbiqi mütləqdir. Bu, həm istintaq orqanlarının əlində olan sübutların mötəbərliyinə dair şübhələrin aradan qaldırılmasına, həm də şəxslərin orqanların qanunsuz hərəkətlərindən qorunmasına təminat yarada bilər".

Kamran Məmmədli: Ölkəmizdə insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atılmaqdadır

Politoloq Kamran Məmmədli də öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son illərdə həyata keçirilən islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi və insan hüquqlarını müdafiə edən institutların gücləndirilməsi bu sahədəki irəliləyişlərin göstəricisidir.

Onun sözlərinə görə, xüsusilə Ombudsman təsisatının fəaliyyəti, elektron hökumət xidmətlərinin genişləndirilməsi və şəffaflığın artırılması məqsədilə görülən tədbirlər vətəndaşların hüquqi müdafiə imkanlarını yaxşılaşdırıb:

"Hazırda ölkəmizdə insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atılmaqdadır. Həmçinin siyasi mədəniyyətin yüksəldilməsi ilə bağlı müsbət addımların da atılması davam edir. Cəmiyyətin müxtəlif təbəqələrinin siyasi proseslərdə fəal iştirakını təmin etmək üçün ciddi addımlar atılıb. Bu addımlardan ən önəmlisi Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması olub. Məhz bu şöbənin uğurlu fəaliyyəti ilə partiyalar arasında dialoq mühiti yarandı, iqtidar-müxalifət arasındakı müzakirələrin inkişafı əhəmiyyətli dərəcədə artdı və müsbət nəticələr əldə olundu. Ancaq inkişaf dinamik bir prosesdir və bu sahədə davamlı yeniliklər zəruridir".

K.Məmmədli hesab edir ki, hüquqi maarifləndirmə baxımından daha geniş tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Vətəndaşların hüquqları, konstitusion mexanizmlər və hüquqi müdafiə vasitələri haqqında məlumatlılığın artırılması məqsədilə məktəblərdə maarifləndirmə proqramları hazırlanmalıdır. O cümlədən, məhkəmə sisteminin müstəqilliyini və şəffaflığını daha da artırmaq üçün əlavə addımlar atılmalıdır.

"Bəzən aşağı səviyyəli məmurların özbaşınalıqları və məhkəmə sisteminə qanunsuz müdaxilələri vətəndaşların məhkəmə sisteminə olan inamını azaldır. Məhkəmələrə inamın artırılması üçün proseslərin daha açıq və ictimai nəzarətli olması lazımdır. Siyasi iştirakın təşviqi istiqamətində gənclər üçün xüsusi proqramlar, siyasi təlimlər və simulyasiya layihələri təşkil olunmalıdır ki, cəmiyyətin bütün təbəqələri siyasi proseslərə daha fəal cəlb olunsun. Eyni zamanda istər iqtidar, istər də müxalifət olan siyasi partiyaların bu təlimlərə cəlb olunması, dövlət protokolunda yer alması barədə addımlar atılmalıdır. Çünki siyasi partiyaların hər biri dövlətindir və onların güclənməsi hər bir inkişafda olan dövlət üçün prioritetdir. Bunun ən gözəl nümünəsi ABŞ-dir. Dünənə qədər Demokratlar partiyası hakimiyyətdə idisə, bu gün Respublikaçılar hakimiyyətdədir. Partiyalar və hakimiyyətlər dəyişsə də, dövlətin ana xətti dəyişmir", - müsahibimiz vurğulayıb.

Politoloqun fikrincə, siyasi partiyalar arasında rəqabət olsa da, onların ümumi məqsədi dövlətin maraqlarını qorumaq və inkişaf etdirməkdir. Hər bir partiya fərqli ideoloji baxışlara sahib ola bilər, lakin dövlətçilik prinsipi hər zaman ön planda saxlanılmalıdır:

"Ona görə də Azərbaycanda bütün siyasi partiyaların dövlət idarəçiliyinə hazırlıq prosesinə cəlb olunması, dövlət protokollarında onların mövqeyinin və iştirakının təmin edilməsi strateji əhəmiyyət daşıyır. Bu yanaşma həm siyasi institutların peşəkarlığının artırılmasına, həm də dövlətin dayanıqlılığının möhkəmlənməsinə xidmət edəcək. Ümumilikdə, bir daha hazırda dövlət tərəfindən aparılan islahatları və görünən işləri müsbət qiymətləndiririk və zamanın çağırışlarına uyğun olaraq bu istiqamətdə yenilənmə və daha fəal islahatlar olacağına ümid edirik".

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Aprel 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see215

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see193

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see126

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see125

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri