Icma.az
close
up
RU
Vətəndaş diplomatiyası yeni mərhələdə əsas şərtdir

Vətəndaş diplomatiyası yeni mərhələdə əsas şərtdir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Ermənistan xalqları bir-biri ilə danışmasa, sülh qısaömürlü olacaq


Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu 

Cənubi Qafqazda sülh və etimad quruculuğu istiqamətində diplomatik danışıqlarla paralel olaraq, vətəndaş cəmiyyətləri səviyyəsində də yeni proses başlayıb. Ermənistanın paytaxtında baş tutan “Sülh gündəliyi” adlı dəyirmi masa görüşü iki ölkənin ictimai xadimləri, QHT rəhbərləri və ekspertlərinin iştirakı ilə keçirilib. 


İlk dəfə olaraq hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən bu görüş təkcə diplomatik masada deyil, həm də ictimai səviyyədə sülhə dəstəyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. İki ölkə arasında etimadın möhkəmləndirilməsi prosesinin artıq siyasi dairələrlə məhdudlaşmaması, cəmiyyətlərin birbaşa ünsiyyət qurmağa başlaması yeni mərhələnin başlanğıcını göstərir.

Bakı ilə İrəvan arasında ilk çarter reysinin həyata keçirilməsi bu prosesi rəmzi mənada tamamlayır. İllərlə davam edən düşmənçilik atmosferindən sonra bu cür addımlar xalqlar arasında real ünsiyyətin və qarşılıqlı inamın bərpasına yönəlib. Ən önəmlisi isə budur ki, bu təşəbbüslər Qərbin vasitəçiliyi və ya diktəsi olmadan baş verir. Uzun illər ərzində Qərb institutları bölgədə “sülh təşəbbüskarları” rolunda çıxış edərək prosesə öz maraqlarını daşıyırdı. İndi isə Azərbaycan və Ermənistan öz iradələri ilə, heç bir kənar müdaxilə olmadan etimad quruculuğu istiqamətində real addımlar atırlar. Müzakirələrin əsas mövzusu Vaşinqtonda 8 avqust 2025-ci ildə keçirilən üçtərəfli görüşün nəticələrinə əsaslanan sülh və əməkdaşlıq gündəliyi olub. Bu, regionda yeni münasibətlər mərhələsinə keçidin və iki xalq arasında etimadın bərpasına yönəlmiş ictimai platformaların formalaşmasının başlanğıcı kimi dəyərləndirilir.

Uzun illər Qərb institutları Azərbaycan və Ermənistan arasında “etimad quruculuğu” prosesini öz nəzarətində saxlamağa çalışırdı. Bu görüş isə fərqli xarakter daşıyır: ilk dəfə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri heç bir xarici vasitəçi olmadan, birbaşa ünsiyyət formatında bir araya gəliblər. Bu, həm də regionda qərarların daxildən – yəni Bakının və İrəvanın öz siyasi və ictimai iradəsindən doğduğu yeni reallığın göstəricisidir. Bu formatda dialoqun başlanması Azərbaycan diplomatiyasının ardıcıl və prinsipial xəttinin nəticəsidir. Bakı artıq diktə olunan deyil, diktə edən tərəfdir – və bu, müharibədən sonrakı mərhələdə regional statusun dəyişdiyini göstərir.


Siyasi ekspertlərin fikrincə, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən bu görüş bir başlanğıcdır. Qarşıda isə uzun və çətin bir proses dayanır. Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülh şəraitində birgəyaşayış modelinə uyğunlaşması, illərlə formalaşmış düşmən obrazının dəyişməsi asan olmayacaq. Amma bu cür görüşlər cəmiyyətlərin bir-birini tanıması və qarşılıqlı ünsiyyətin bərqərar olması üçün mühüm baza yaradır.

İrəvanda olmuş Azərbaycan vətəndaş cəmiyyəti nümayəndə heyətinin 5 üzvündən biri, Topçubaşov adına Bakı Analitik Mərkəzinin direktoru və həmtəsisçisi Rusif Hüseynovun fikrincə, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün baş tutması həqiqətən də tarixi bir mərhələnin başlanğıcı sayıla bilər: “İndiyədək hər iki ölkədən müxtəlif ictimai-siyasi xadimlərin, jurnalistlərin, idmançıların, bəzi hallarda deputatların çeşidli formatlı tədbirlər çərçivəsində Azərbaycana və Ermənistana səfərləri baş tutmuşdu. Amma budəfəki səfər sırf ikitərəfli təşəbbüsün nəticəsi kimi bu formatda həyata keçirildi. Məhz bu baxımdan biz bu səfəri çox yüksək qiymətləndiririk. Səfərimizin məqsədi bu il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüşün və orada imzalanmış Birgə Bəyannamənin ruhuna uyğun olaraq, sülh prosesinə vətəndaş cəmiyyətlərinin verə biləcəyi töhfəni müəyyənləşdirmək və hər iki xalq üçün bu taleyüklü prosesdə yer almaqdır. Beləliklə, Vaşinqton Bəyannaməsinin ruhuna tam uyğun olaraq, Azərbaycan və Ermənistan arasında danışıqların təkcə siyasi müstəvidə deyil, həm də ictimai səviyyədə, etimad quruculuğu tədbirləri çərçivəsində dəstəklənməsi zərurətinin dərk edilməsi kontekstində bu görüşün böyük əhəmiyyəti var idi. Bir daha vurğulamaq istərdim ki, azərbaycanlı vətəndaş cəmiyyəti təmsilçilərinin birbaşa Ermənistana səfəri və orada erməni həmkarları ilə fikir mübadiləsi aparmaları yeni mərhələnin başlanğıcından xəbər verir”.

R.Hüseynov həmçinin qeyd edib ki, İrəvan görüşü iki ölkənin hökumətləri və xalqları arasında sülhə nail olmaq üçün ümumi baxışın və vahid yanaşmanın formalaşması üçün açar rolunu oynayan tədbirlərdən biri kimi dəyərləndirilməlidir: “Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin İrəvan görüşünə hər iki tərəfin hakimiyyət qurumlarının hərtərəfli dəstək vermələri isə xüsusi qeyd olunmalıdır. Ən müxtəlif formatlarda ikitərəfli təmaslar, birgə tədbirlər və Ermənistan hökumətinin bununla paralel olaraq revanşist-millətçi ideyalarla mübarizə səyləri hay cəmiyyətinə yeni reallığı daha yaxşı anlamasına və qəbul etməsinə imkan verəcək. Eyni zamanda, bütün sahələrdə əməkdaşlıq bir faktı da istisna etmir ki, Azərbaycan daim milli və dövlət maraqlarının keşiyində dayanmalıdır. Sonda Ermənistan ictimaiyyəti mütləq bu qənaətə gələcək ki, qonşu azərbaycanlılarla müharibə aparmaqdansa, onlarla sülh şəraitində yaşamaq, əməkdaşlıq etmək onların özləri üçün faydalıdır”.


Siyasi şərhçi Azər Həsrət isə “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında aparılan sülh prosesinin yeni mərhələyə keçməsi fonunda vətəndaş cəmiyyətinin rolu xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət başçılarının qarşılıqlı təmasları, diplomatik kanallar vasitəsilə aparılan danışıqlar nə qədər vacib olsa da, uzunmüddətli və davamlı sülhün təmin olunması üçün bu prosesə cəmiyyətlərin də qoşulması mühüm şərtdir:

 “Azərbaycanla Ermənistan arasındakı sülh prosesində çox vacib addımlar atılır.  Azərbaycan Ermənistanla münasibətlərin tez bir zamanda normallaşmasında maraqlıdır. Bu mənada hər iki tərəfin vətəndaş cəmiyyəti təmsilçiləri intensiv münasibətlər mərhələsinə keçməlidirlər. Artıq dövlətlərarası münasibətlər normallaşır. Dövlət rəhbərləri bir-biri ilə təmasdadırlar. Əlbəttə ki, belə bir şəraitdə vətəndaş cəmiyyətləri də bu məsələnin intensivləşməsinə töhfə verməlidir. Ona görə də əgər Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Ermənistana gedir, Ermənistan cəmiyyəti təmsilçiləri Azərbaycana gəlirsə, deməli, gözlənilən vaxt çatıb.

Xatırladım ki, torpaqlarımız işğaldan azad edilmədiyi vaxtlarda da ermənilərlə təmaslarımız olub.  Mən özüm də 2021-ci ildə Ermənistanda olmuşam. Biz o təmasları qurmuşduq və çalışırdıq ki, xalq diplomatiyası vasitəsilə münaqişəni həll etməyə yardımçı olaq. Bütün bu cəhdlərimiz nəticə vermədiyinə görə, Azərbaycan məsələni güc vasitəsilə həll etməli oldu. Amma indi yeni mərhələdəyik və xalqların bir-biri ilə ünsiyyət qurması, etimad mühitinin yaradılması vacibdir".


Ermənistanla təmaslarımızın intensivləşməsinin tərəfdarı olduğunu vurğulayan A.Həsrət bildirib ki, bu baş verərsə, üçüncü tərəflər araya girməz: 

“Çünki Rusiya daim pusqudadır. Hər an bizi qarşı-qarşıya gətirmək üçün fürsət axtarır. O fürsəti Rusiyaya və ona bənzər üçüncü tərəflərə verməmək üçün xalqlar arasında etimad mühiti yaradılmalıdır. Bu prosesdə vətəndaş cəmiyyətlərinin rolu əvəzsizdir. Hətta hər iki tərəfin media qurumlarının da intensiv təmaslarının vaxtı çatıb.  Azərbaycanın televiziya kanalları, media qurumları efir və səhifələrində ayrı-ayrı erməni ekspertlərinə yer  verməlidirlər. Eyni imkanlar Ermənistan media orqanlarında da yaradılmalıdır. İndiki mərhələdə isə vətəndaş cəmiyyətinin sülh prosesində iştirakı dövlətlərarası münasibətlərin sabit və dayanıqlı xarakter alması üçün siyasi, sosial və mənəvi zərurətdir. Dövlətlər razılığa gələ bilər, lakin xalqlar arasında etimad yaranmadıqca sülh həssas və müvəqqəti olacaq. Məhz buna görə, bu gün Azərbaycan və Ermənistan cəmiyyətləri arasında qarşılıqlı təmasların, birgə layihələrin və ictimai dialoqun inkişafı sülhün ən mühüm təminatçısı kimi çıxış edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Oktyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri