Icma.az
close
up
RU
Görüş yerini dəyişmək olmaz...

Görüş yerini dəyişmək olmaz...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Putin ilə Tramp Budapeştə gələcəkmi?

Qlobal gündəmin əsas mövzularından birinə çevrilmiş Putin-Tramp görüşünün baş tutub-tutmayacağı ilə bağlı müzakirələr səngimir. Bəzi siyasi texnoloqlar “pərdənin arxasında” danışıqlar prosesinin davam etdiyi fikrindədir. Onlar iddia edirlər ki, görüşün effektiv nəticə ilə yadda qalması üçün zəruri və münbit şərait formalaşdırılır. Hər bir halda görüş yerinin dəyişməyəcəyi qənaəti irəli sürülür - təsadüfi deyil ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto da Rusiya və ABŞ prezidentlərinin Macarıstanın paytaxtında bir araya gələcəyinə ümid etdiyini dilə gətirib.  “American Conservative” jurnalına verdiyi müsahibədə bildirib ki, “Zirvə görüşünün baş tutacağı barədə məlumat aldım və liberal mediadan daha çox Prezident Donald Tramp və Prezident Putinə etibar edirəm”.

Avropa liderləri günahlandırıldı...

Siyarto qeyd edib ki, bu görüş elan edilən ilk andan etibarən bir çoxlarının bunun baş verməməsi üçün əlindən gələni edəcəyini bilirdik. “Əminəm ki, görüş baş tutana qədər saxta xəbərlər, sızmalar və bu sammitin baş tutmayacağı barədə bəyanatlar görməyə və eşitməyə davam edəcəyik”“, - deyən Siyarto maraqlıdır ki, sülhdə maraqlı olmayan qüvvələri sadalayarkən o sıraya Avropa liderlərini də daxil edib.  O, Trampı “Mərkəzi Avropada sülhün bərpası üçün yeganə ümid” adlandırıb.

Şərtsiz görüş üçün şərtlər...

Bu arada ABŞ Prezidenti Donald Tramp da Rusiya lideri Vladimir Putinlə görüşüb-görüşməyəcəyi məsələsinə aydınlıq gətirib. Jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, o, bu görüşə yalnız bir şərtlə razı ola bilər - əgər görüş Ukraynada sülh sazişlərinin imzalanmasına real zəmin yaratsa. “Əgər bu görüş sülhə gətirəcəksə, əlbəttə ki, mən Putinə görüş təklif edə bilərəm. Amma vaxtımı boşa sərf etməyə hazır deyiləm”, - deyə ABŞ prezidenti sərt tonda vurğulayıb.

Rusiya tərəfi isə topu yenidən qarşı tərəfə “ötürüb”. Belə ki, xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın mümkün yeni görüşü yalnız Vaşinqtonun təşəbbüsündən asılıdır: “İndi təşəbbüs var, biz isə mədəni insanlarıq. Əgər bizi dəvət edirlərsə, razılığımızı bildirir və deyirik ki, gəlin format, yer və vaxt barədə razılaşaq.”

Lavrovun sözlərinə görə, Vladimir Putin ABŞ Prezidenti Donald Trampın komandasının Ukrayna ilə bağlı təqdim etdiyi konsepsiya əsasında əməkdaşlığa hazır olduğunu bildirib. Macarıstanın “Ultrahang” adlı YouTube kanalına müsahibəsində Lavrov bildirib ki, Putin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvada təqdim etdiyi konsepsiya və çərçivə yanaşması əsasında əməkdaşlığa hazır olduğunu söylədi. Bu mövzular daha sonra Ankoricdə də müzakirə olundu.

Anlaşılan budur ki, Moskva ABŞ tərəfindən təqdim olunan konsepsiyanı qəbul etməyə və onun əsasında praktiki addımlar atmağa hazırdır - amma bu mövzuda tərəflərdən birbaşa cavab olmayıb. Ən əsası isə danışıqların davam etdirilməsi üçün tərəflər düşünmək məqsədilə pauza götürməyə razılaşıb.

Görüş olacaq, amma...

Rusiya-ABŞ danışıqlarında aktiv fiqurlardan biri olan Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndə Kirill Dmitriyev də görüşün baş tutacağına əminlik ifadə edib. O, görüşün vaxtı ilə bağlı dəqiq məlumat verməsə də, reallaşacağına qətiyyət ifadə edib. Dmitriyev deyib ki, “ehtimal var ki, detalların işlənməsi zərurəti ilə əlaqədardır. Bütün detallar diplomatik cəhətdən yaxşı hazırlanmalıdır”. O, Rusiyanın “atəşkəs deyil, münaqişənin qəti həllini istədiyini” vurğulayıb, hətta Moskva, Kiyev və Vaşinqtonun diplomatik razılaşmaya yaxın olduğu fikrini bildirib.

Gözləmək lazım gələcək...

Qeyd edək ki, görüşün toplantısının ləğvindən sonra ABŞ Maliyyə Nazirliyi “Lukoil” da daxil olmaqla iki böyük Rusiya neft şirkətinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərin onların nəzarəti altında olan bütün qurumlara şamil edildiyi vurğulanıb. Ağ Evin mətbuat katibi Kerolin Levitt daha sonra Trampın Moskvaya qarşı yeni məhdudiyyətlər tətbiq etmək qərarına gəldiyini bildirib - çünki bunun “zəruri olduğu an” yetişib.

Moskva isə öz növbəsində Vaşinqtonun tədbirlərinin sürpriz olmadığını və Rusiya iqtisadiyyatına ciddi ziyan vurmayacağını vurğulayıb. Putinin sözlərinə görə, yeni sanksiyalar Rusiyaya siyasi təzyiq göstərmək üçün daha bir cəhddir. Prezident ABŞ-ın qərarını münasibətlərin bərpasına töhfə verməyən qeyri-dost addım adlandırıb. Eyni zamanda, o, Moskvanın konstruktiv dialoqa hazır olduğunu deyib. Donald Tramp rusiyalı həmkarının sözlərinə cavab olaraq bildirib: “Mən onun üçün şadam. Görək 6 aydan sonra nə olacaq”.

 P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Oktyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri