Icma.az
close
up
RU
İslam İnkişaf Bankı ilə əməkdaşlıq müzakirəsi

İslam İnkişaf Bankı ilə əməkdaşlıq müzakirəsi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadiyyat Nazirliyində İslam İnkişaf Bankı (İİB) Qrupunun sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə əməkdaşlığın prioritet istiqamətləri, birgə layihələr, İİB Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri barədə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyindən bildirilib ki, nazir Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin, o cümlədən enerji, infrastruktur, su təchizatı və digər istiqamətlərdə reallaşdırılan layihələrin ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsində, özəl sektorun inkişafında mühüm rol oynadığını vurğulayıb. Ticarət və regional inteqrasiyanın, qlobal əlavə dəyər zəncirlərinə çıxışın, sabit makroiqtisadi mühitin ölkəmizi xarici investorlar üçün cəlbedici investisiya məkanına çevirdiyi qeyd olunub. Bildirilib ki, Toplantıların Bakıda təşkili ölkəmizin investisiya potensialının regional və beynəlxalq miqyasda daha da tanıdılmasına töhfə verəcək.

İİB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Toplantıların tərəfdaşlıqların gücləndirilməsi və Qrupa üzv ölkələrdə dayanıqlı inkişafı təşviq edəcək innovativ həllərin irəlilədilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Toplantılar, eyni zamanda, qlobal çağırışların birgə müzakirəsi və ortaq inkişaf üçün yeni imkanların müəyyən edilməsi üçün mühüm platformadır.

Görüşdə Bakıda keçiriləcək İİB Qrupunun İllik Toplantılarının rəsmi mövzusunun “Dayanıqlı rifah naminə regional inteqrasiya”ya həsr olunduğu bəyan edilib.

Tərəflər İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri və nəzərdə tutulan tədbirlər, iqtisadiyyat, o cümlədən maliyyə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri