İslamiadanın gümüş medalçısı: Birinci olmaq üçün əlimizdən gələni etdik
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Azərbaycanın qadınlardan ibarət voleybol millisi VI İslam Həmrəyliyi oyunlarında birinci yeri tutmaq üçün əlindən gələni edib.
Apasport.az xəbər verir ki, bunu millinin hücumçusu Marqarita Stepanenko Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, yarışın gənc voleybolçular üçün təcrübə olduğunu söyləyib:
"Gümüş medal qazanmağımız münasibətilə komandamızı təbrik edirəm. Digərləri kimi biz də birinci yeri tutmaq üçün əlimizdən gələni etdik, olmadı, gümüş medal qazandıq. Komandamızda gənc oyunçular da var və bu yarış onlar üçün böyük təcrübə oldu. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyik".
Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv VI İslam Həmrəyliyi Oyunlarında finalda Türkiyə millisinə 0:3 hesabı ilə uduzub.
"Xilasedici" Çelenc Kubokunda ilk matçını keçirəcək Hakimliyə yeni cəlb olunan şəxslər üçün seminar keçirilib İslam Oyunları: Voleybolçularımız Türkiyəyə məğlub olub - FOTO Yüksək Liqa: “Murov Az Terminal”dan inamlı qələbə İslam Oyunları: Voleybolçularımız Tacikistanı darmadağın edib - FOTO
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 14 Noyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















