Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: Moskva dəlillər təqdim edə bilmədi
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rəsmi Kiyev Moskvanın Rusiya prezidenti Vladimir Putinin rəsmi iqamətgahına hücumla bağlı iddiaları rədd edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiha açıqlama veirb.
O bildirib ki, Moskva dünndən bu günə qədər Ukraynanın iqamətgahına hücum etdiyi iddiası ilə bağlı inandırıcı heç bir sübut göstərməyib: "Bəli, Moskba inandırıcı dəlillər təqdim etməyib. Çünki o yoxdur"
XİN başçısı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ), Hindistanın və Pakistanın Putinin iqamətgahına hücum iddiası ilə bağlı verdiyi açıqlamalarına da münasibət bildirib: "Bu, bizdə narahatedici məyusluq yaradıb. Bu üç dövlətin heç birinin 7 sentyabr 2025-ci ildə Ukrayna hökumət binasına Rusiya raketinin dəyməsi ilə bağlı rəsmi açıqlama vermədiyini nəzərə alsaq, bu, daha da təəccüblüdür. Birməanlı bəyan edirik: Rusiyanın açıqlamalarına etibar edilməməlidir. unutmayın, məsələn, Rusiya 2022-ci ilin əvvəlində Ukraynaya hücum etməyəcəyini bildirmişdi, lakin nə oldu?!
Ona görə, bütün dövlətləri məsuliyyətlə davranmağa və təsdiqlənməmiş iddialara münasibətdən çəkinməyə çağırırıq. Bu, son zamanlar irəliləyiş əldə edən sülh prosesini sarsıdır".
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 30 Dekabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















