Icma.az
close
up
RU
İslamın simvollarından olan təsbehin Hindistandan başlayan tarixçəsi VİDEO

İslamın simvollarından olan təsbehin Hindistandan başlayan tarixçəsi VİDEO

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

İslam aləmində zikir əşyası sayılan təsbeh ərəb dilində “Sübhanallah” sözünün qısaldılmış forması “subha” kəlməsindən törəyib. Əfqanlar ona tisba, tatarlar isə dispe deyirlər. Lakin ortaq cəhət budur ki, bu sözlərin hamısının tərkibində "s-b-h" hərf birləşməsi mövcuddur və ərəbcə mənası “Allahı mədh etmək”, “tərifləmək” deməkdir. 

Ölkə.Az xəbər verir ki, tarixi mənbələrə görə ən qədim təsbehlərin e.ə. II minillikdə Hindistanda yaranıb. Tədqiqatçılar salnamələrə əsaslanaraq qeyd edir ki, təsbehlər Əməvilər zamanında hərbi əməliyyatların genişlənərək Hindistanı əhatə etməsi və iki sivilizasiyanın qarşılaşaraq bir-birindən təsirlənməsi nəticəsində meydana çıxıb.

Yəni məhz o vaxt təsbehi müsəlmanlar hindli brahmanlardan əxz etmişlər. Brahmanizmdə təsbehin fəlsəfi mənası kainatın dövrü və dünyaya yenidən gəlmə təlimi ilə bağlıdır. Buna görə də brahman təsbehləri digər din mənsublarının təsbehlərindən fərqlənir. Çünki ən qədim təsbeh ənənəsinə mənsub Brahmanizmdə o zamanlar yalnız kahinlər onu gəzdirmək hüququna sahib idi.
Hindistanın fəthindən sonra mədəniyyətlərin qarşılıqlı mübadiləsi və hindlilərin İslamı qəbul etməsi təsbehin islamlaşmasına, yəni müsəlman təsbehlərinin yaranmasına səbəb olmuşdu. Çünki yeni dini qəbul edən hindlilər keçmiş adətlərindən tamamilə üz döndərməmiş, əksinə İslama tərs olmayanları yeni dinə uyğunlaşdırmışlar.
Konkret olaraq İslam mədəniyyətində və ibadətində təsbehin geniş tətbiq edilməsi isə Abbasilər dönəminə aiddir.
Səlcuq türklərinin zamanında (XI əsr) təsbeh təkcə türkdilli xalqlar deyil, Fələstin ərazisindəki qeyri-müsəlman millətlər arasında da yayılmağa başlamışdır. Həmin dövrdə ilk dəfə Şərq xristianları, əsasən, Fələstin, Suriya və Yunanıstan əhalisi təsbehi müsəlmanlardan götürüb öz mədəniyyətlərinə daxil etmişlər. Qərb xristianlarının dini ayin və ibadətlərində də təsbehdən istifadə olunub. Tədqiqatçılar bu məsələdə xaç yürüşlərinin də müəyyən təsirini istisna etmirlər.

Müsəlman təsbehləri 11, 33 və 99 muncuqdan ibarət olur və bu say Allahın 99 adının rəmzi kimi qəbul edilir. 
XI–XII əsr qədim xristian kitab, freska və ikonalarında əllərində təsbeh tutan xristian müqəddəslərinin rəsmlərinə rast gəlmək mümkündür. Tədqiqatçılar bu və digər faktlara istinadla Xristianlıqda təsbehlərin yaranmasını məhz həmin dövrə aid edirlər.

İlk xristian təsbehləri 33 muncuqdan ibarət olmuşdur. Çünki o dövrdə Fələstin xristianlarının arasında bu rəqəm İsa Məsihin bu dünyada 33 il ömür sürməsini xatırlatdığından müqəddəs sayılırmış.
Katoliklər arasında bu əşya xristian müqəddəslərindən sayılan Dominikin "Təsbeh qardaşlığı" təşkilatı yaratmasından sonra daha da məşhurlaşmışdır. Ənənəvi olaraq katoliklər öz sədaqətlərinin əlaməti olaraq təsbehlə dəfn edilirlər.

XI əsrdə Qərb xristianları təsbehi "dua dairəcikləri" adlandırırmışlar. Sonralar isə ona "pater noster", "rozarium" və digər adlar verilmişdir.
Müsəlmanların istifadə etdiyi muncuqların sayı 33, 99, 500, 1000 və 5000 ola bilər. Ümumiyyətlə, 99 muncuqlu təsbehlər məscidlərdə və evlərdə, 500-lük və 1000-lik təsbehlər isə təkkələrdə yerləşir. 500-lük və 100-lük zikir təsbehləri şeyx öləndə onun tabutuna qoyulur. 

Suriyalı ələvilər qırx müqəddəsdən ilhamlanan qırx muncuqdan istifadə edirlər. Ələvi muncuqlarda qırmızı rəng Hz. Əlini, ağ Fatiməni, sarı Həsəni, yaşıl isə Hüseyni təmsil edir.
Təsbehlər adətən minerallar, dəyərli mədənlər, heyvanlardan əldə edilən qabıq, sümük, buynuz növləri və dişlər, dənizdən çıxarılan inci, mərcan və sədəf, bəzi fosillər, sərt və ya qoxulu ağaclar, bəzi bitkilərin çəyirdəkləri və son dövrlərdə isə bir sıra sintetik maddələrdən hazırlanır.
Bu gün müstəsna dəyərə malik bir çox təsbeh istehsal olunsa da, gözəllik və qiymətə gəldikdə ən diqqət çəkənlərdən biri zümrüd, almaz və əmayedən ibarət 17-ci əsr alman təsbehidir. Bu təsbehin Sakson Kral ailəsinə aid edilməsi onu Avropa tarixinin əhəmiyyətli bir parçası edir.

43 sm uzunluğunda, 70 zümrüddən ibarət, içərisinə almazlarla qızıl rondellərlə yerləşdirilmiş təsbeh 2012-ci ildə hərracda 842 500 dollara satılıb.

Dünyanın ən böyük təsbehi isə Livanın paytaxtı Beyrutdadır. Uzunluğu 600 metrə yaxındır və hər biri bir avtomobil ölçüsündə olan 59 böyük beton muncuqdan ibarətdir!

Xristian aləmində əksər möminlər inanırlar ki, yanında təsbeh olması onları təhlükədən və pislikdən qoruyacaq.  Hətta xristianlarda təsbeh duası da var.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Mart 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri