İslandiya Azərbaycan matçının da məkanı bəlli oldu KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsinin İslandiya – Azərbaycan matçının məkanı müəyyənləşib.
KONKRET.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, matç sentyabrın 5-i Reykyavik şəhərindəki “Laugardalsvöllur” arenasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Bu, hər iki komandanın seçmə mərhələdə ilk oyunu olacaq.
İslandiyanın ən böyük stadionu olan bu arenanın 15 min tamaşaçı tutumu var.
Qeyd edək ki, bu gün AFFA seçmə mərhələnin Azərbaycan – Ukrayna matçının sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini açıqlayıb.
Milli komandamızın qrupdakı digər rəqibi Fransaya qarşı oyunlarının, eləcə də Ukrayna ilə səfər, İslandiya ilə evdəki matçlarının məkanları isə hələ təsdiqlənməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 14 May 2025 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















