Fazil Mustafa buna görə Akif Nağını təhqir etdi
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu QUMcuğa anlatmaq lazımdır ki, tarixdə “Azərbaycan-Türkiyə müharibələri” olmayıb və gələcəkdə də olması mümkün deyil. İki qardaş dövlətin müharibəsini arzulayan bütün türk düşmənləri bu qardaşlığın daha da möhkəmləndiyini görə-görə çərləyəcəklər.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Akif Nağıya ithafən qeyd edib.
“Biri Azərbaycan-Türkiyə müharibəsindən danışır, digəri Türkiyəyə bir də zibilli ayağını basmayacağı barədə bəyanat verir, hələ bir az bunlardan ağıllısı da “mat” olmaqdan danışır. Bunların ölüb gedən bir qardaşı da deyirdi ki, Nuru paşa qızıl pul alandan sonra Bakını azad etdi. Bu qədər mikrobun içində Azərbaycan-Türkiyə qardaşlığına öz səmimi töhfəsini verən, dünyada varlığını sürdürən bütün ləyaqətli soydaşlarımıza SALAM olsun!” – o bildirib.
Qeyd edək ki, Akif Nağı internet kanallarının birində “Türkiyə-Azərbaycan müharibələri” mövzusunda müzakirədə iştirak edib və fikirlərini açıqlayıb. Səfəvi-Osmanlı müharibələrinin “Azərbaycan-Türkiyə müharibələri” kimi təqdim edilməsi isə bir çox ziyalının etirazına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Noyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















