İşlədikləri şirkətin 180 minini mənimsədilər
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
“Saloğlu Kommersiya” MMC-nin əməkdaşı olmuş üç nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Gülşən Xəlfəyeva, Nicat Həbibov və Məhəmməd Məmmədov şirkətin 179 min manatını mənimsəməkdə ittiham olunurlar.
İstintaq müəyyən edib ki, cinayət yolu ilə qazanılmış həmin pullar leqallaşdırılıb.
Gülşən Xəlfəyeva və Nicat Həbibov həbs edilib, M.Məmmədov isə polis nəzarətindədir. İlkin istintaq müddətində zərərçəkmiş şirkətə dəymiş ziyandan 30 min manatı G.Xəlfəyeva və M.Məmmədov tərəfindən ödənilib.
Hazırda toplanmış sübutlar baxılması üçün məhkəməyə göndərilib.
Bizim.Media

İşlədikləri şirkətin 180 minini mənimsədilər
03 Oktyabr 2025 15:01
İşlədikləri mağazanı soydular
15 Yanvar 2025 11:13
İşlədikləri obyektdən 148 televizor oğurladılar
15 Yanvar 2025 09:59
Rusiyaya işlədikləri iddia olunan məmurlarla bağlı araşdırmalara başlanılacaq? AÇIQLAMA
11 Fevral 2025 15:03
Şirkətin 45 minini mənimsəyən şəxs məhkəmə zalında həbs olundu
09 Sentyabr 2025 13:44

