Skubi Du nun serialı çəkildi Təfərrüatlar
Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
"Netflix" platforması 2027-ci ildə yayımlanması planlaşdırılan "Scooby-Doo: Origins" serialının çəkilişlərini yekunlaşdırıb.
Kulis.az xəbər verir ki, 8 seriyadan ibarət olacaq bu layihə məşhur "Mystery Incorporated" komandasının gənclik illərini və onların qarşılaşdığı ilk sirli hadisələri modern baxışla ekranlara gətirəcək.
Adətən eyniadlı cizgi filmlərində obrazların 20-li yaşları əks olunsa da, bu dəfə hekayə məktəbli gənclərin düşərgədəki son yay tətilindən bəhs edir.
Şeqqi və Dafne mistik bir cinayətin şahidi olan danua cinsindən balaca bir itin izinə düşür, onlara məktəbin dahisi Velma və müəmmalı yeni şagird Freddi qoşulur.
Serial yumoristik tondan fərqli olaraq, daha sirli və qaranlıq ovqatda ərsəyə gətirilib.
Atlanta şəhərində baş tutan çəkilişlər 2026-cı ilin sentyabrında başa çatıb və hazırda montaj işləri davam edir.
Diqqətçəkən məqamlardan biri odur ki, Skubi-Du personajı kompüter qrafikası ilə deyil, canlı it tərəfindən canlandırılıb, lakin onu yenə də əfsanəvi səs aktyoru Frenk Velker səsləndirib.
Qeyd edək ki, "Berlanti Productions" və "Warner Bros. Television" şirkətlərinin əməkdaşlığı ilə ərsəyə gələn serialın 2027-ci ilin yayında premiyerası gözlənilir.
Baxış sayı:66
Bu xəbər 04 Noyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















