Icma.az
close
up
RU
İşlər tamamilə dəyişdi, hər il telefon dəyişdirmək dəbi bitdi

İşlər tamamilə dəyişdi, hər il telefon dəyişdirmək dəbi bitdi

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstehsalçıların böyük ümidlər bəslədiyi yeni süni intellekt dalğası gözlənilən satış partlayışını yarada bilmədi. Araşdırmalara görə, istifadəçilərin çox kiçik bir hissəsi bu xüsusiyyətlər üçün büdcə ayırır, yüksək qiymətlər qarşısında isə köhnə telefonlardan istifadə edilməyə davam olunur.

Milli.Az xəbər verir ki, cibimizdəki telefonları xarab olana qədər dəyişdirməmək meyli, texnoloji cihazların çox baha satıldığı günümüzdə böyük bir istehlakçı dirənişinə çevrilib. Sektorun hər il yeni model təqdim etmək çılgınlığı isə artıq yerini bu sakit qərarlılığa buraxır.

Amerika daxilində aparılan son bazar araşdırmaları göstərir ki, bir istehlakçı telefonunu orta hesabla 29 ay ərzində əlində tutur. Demək olar ki, hər iki nəfərdən biri cihazını ən azı üç il istifadə edir. Keçmiş dövrlərin populyar illik yeniləmələri, artıq geniş kütlələr üçün sadəcə lüks və ya lazımsız bir xərcdən ibarətdir.

Əvvəllər insanlar iki il tamam olduqda batareyanın zəifləməsi və ya yeni cihazların cazibəsi səbəbindən birbaşa mağazalara yollanardılar. Bu gün isə əksəriyyət, dörd-beş il keçsə belə, yeni bir model axtarışına girmir.

Bu gün iPhone 17, Google Pixel 10 və ya Samsung Galaxy S26 kimi flaqman modellərin qiymətləri olduqca yüksəkdir. Vəziyyət belə olduqda, maksimum batareya tutumu 80 faizə düşsə belə, rəvan işləyən bir telefonu dəyişdirmək məntiqsiz bir addımdır. Texnologiya nəhəngləri uzun zamandır insanlara böyük bir inqilab hissi təqdim edə bilmirlər. Sektoru silkələyən köhnə yeniliklərin yerini, bu gün sadəcə bir az sürətlənmiş prosessorlar və meqapikseli artırılmış kameralar alıb.

İstehsalçıların son dövrdə sığındığı ən böyük liman isə süni intellektdir. Lakin şirkətlərin milyardlarla dollar xərclədiyi bu dalğa istifadəçilər tərəfindən gözlənilən reaksiyanı görməyib.

Araşdırma nəticəsi: İstifadəçilərin yalnız 11 faizi süni intellekt xüsusiyyətlərinə görə telefonunu yeniləyir, böyük əksəriyyət isə bunu lazımlı hesab etmir. Şəkil redaktə alətləri və ya yeni emojilər; cihazların karbon ayaq izini, təhlükəsizlik boşluqlarını və qiymət artımlarını kölgədə qoya bilmir.

Qısası, qatlanan ekranlar və ya süni intellekt sözləri artıq telefon satmağa bəs etmir. Şirkətlərin proqram təminatı dəstəyi müddətini yeddi ilə qədər çıxarması da bu prosesə təkan verir.

Şüurlu istehlaka keçid, iqtisadi bir məcburiyyət olduğu qədər həm də texnoloji doymuşluğun gətirdiyi məntiqi bir qərardır. Telefonunuz tamamilə sıradan çıxmadığı müddətcə, sadəcə bir üst model üçün yüzlərlə dolları gözgörəsi xərcləmək müasir dünyamızda artıq öz əhəmiyyətini itirib.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 May 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri