Icma.az
close
up
RU
İsmayıl İman: Bu cür festivallar Azərbaycan mədəniyyətinin təşviqi üçün yeni imkanlar yaradır

İsmayıl İman: Bu cür festivallar Azərbaycan mədəniyyətinin təşviqi üçün yeni imkanlar yaradır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 noyabr, Günel Alıyeva, AZƏRTAC

Hazırda Bakıda keçirilən və görkəmli yazıçı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində şəhərin müxtəlif səhnələrində ədəbi əsərlərin qiraətləri, rəsm sərgiləri və tamaşaların nümayişi planlaşdırılır. Bu, Maqsud İbrahimbəyovun yaradıcılığını yenidən kəşf etmək, onu yeni nəslə tanıtmaq üçün bir fürsətdir. Yaşlı nəsil yazıçının əsərlərini yaxşı xatırlayır, çünki bir çoxları onun qısa hekayələri və povestləri ilə böyüyüb.

Bu barədə festival iştirakçısı, dramaturq və teatr kuratoru İsmayıl İman AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, festival gənclərin Xalq yazıçısının yaradıcılığına marağını qorumaqla yanaşı, həm də gənc müəllifləri onun mətnləri əsasında əhvali-ruhiyyə və mövzu baxımından oxşar müstəqil əsərlər yaratmağa ruhlandırır. Dramaturq xüsusi olaraq festival üçün ilk neft bumu haqqında yeni bir pyes hazırlayır: hadisələr 1915-ci ildə baş verir, tamaşanın premyerası isə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçiriləcək.

İ.İman qeyd edib ki, gənc rejissorların, rəssamların və ədəbişünasların öz ideyalarını və ambisiyalarını həyata keçirə biləcəyi yaradıcı məkanlara açıq şəkildə ehtiyac var. Görkəmli yazıçının bu yaradıcılıq mərkəzi məhz belə bir məkandır.

“Klassikin zəngin ədəbi irsinin qorunması ilə yanaşı, mərkəz yeni əsərlərin yarandığı, müasir interpretasiyaların baş qaldırdığı və nəsillər arasında dialoqun formalaşdığı bir platformadır. Burada həm gənc müəlliflərin orijinal əsərləri, həm də yazıçının mətnlərinə əsaslanan əsərlərə rast gəlmək olar”, - deyə o əlavə edib.

Dramaturqun sözlərinə görə, Maqsud İbrahimbəyovun yaradıcılığı Azərbaycandan kənarda da geniş tanınırdı. “Bu gün belə festivallar bu marağı qoruyub saxlamağa və genişləndirməyə kömək edir, Azərbaycan mədəniyyətinin, o cümlədən beynəlxalq səhnədə təşviqi üçün yeni imkanlar açır”, - deyə İ.İman sözünü yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see197

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see163

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see152

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see135

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see133

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri