Icma.az
close
up
RU
İsmayıl Şahtaxtinski ilə müsahibə İstedad vizası haqqında ən çox verilən suallar...

İsmayıl Şahtaxtinski ilə müsahibə İstedad vizası haqqında ən çox verilən suallar...

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu günlərdə ən aktual mövzulardan biri immiqrasiyadır. Artıq sirr deyil ki, bir çox insanlar daha yaxşı həyat axtarışında başqa ölkələrə köç edirlər. Xüsusilə də “Amerika arzusu” dünyada milyonlarla insanı cəlb edir, o cümlədən ölkəmizdə də. Son illərdə böyük maraq doğuran immiqrasiya yollarından biri isə istedadlı şəxslər üçün nəzərdə tutulmuş vizalardır.

Bu vizaların nə olduğu və kimlər üçün nəzərdə tutulduğu barədə ABŞ-də 20 ildən artıq təcrübəyə malik olan, paytaxt Vaşinqton şəhərində yerləşən I.S. Law Firm-in təsisçisi və rəhbəri, tanınmış immiqrasiya vəkili İsmayıl Şahtaxtinski müsahibə verib.

“Qafqazinfo” sözügedən müsahibəni təqdim edir:

- İstedad vizaları nədir və hansı kriteriyalara uyğun olmaq lazımdır ki, bu vizanı almaq mümkün olsun?

- O-1 və EB-1 vizaları ABŞ-də unikal bacarığı olan istedadlı şəxslər üçün nəzərdə tutulmuş xüsusi vizalardır. O-1 müvəqqəti iş vizasıdır və şəxsin öz sahəsində yüksək nailiyyətlərə malik olduğunu sübut etməsini tələb edir. EB-1 isə daimi yaşamaq hüququ verən immiqrasiya vizasıdır və daha ciddi tələbləri var. Hər iki halda namizədin öz sahəsində milli və ya beynəlxalq səviyyədə tanınmış olması, mükafatlar, media çıxışları, mütəxəssislər tərəfindən rəylər və digər sübutlarla bunu təsdiqləməsi vacibdir.

- Bu vizalar haqqında çox söz-söhbət dolaşır. Məsələn, deyirlər ki, yalnız dünya ulduzları və ya Olimpiya çempionları bu vizanı ala bilər. Bu, nə dərəcədə doğrudur?

- Bu, geniş yayılmış, amma yanlış təsəvvürdür. Bəli, bu vizalara müraciət etmək üçün yüksək nailiyyətlər lazımdır, amma bu o demək deyil ki, yalnız dünya səviyyəli ulduzlar və ya çempionlar bu hüquqa malikdir. Mən çox vaxt sıravi, amma sahəsində fərqlənən müğənnilər, aktyorlar, rəssamlar, jurnalistlər və idmançılarla işləmişəm. Əsas odur ki, şəxs öz peşəkar sahəsində ciddi nəticələrə imza atmış olsun və bunu sənədlərlə sübut edə bilsin.

- Bizim azərbaycanlı məşhurlardan kiminlə bu prosesdə işləmisiniz? Ad çəkə bilərsinizmi?

- Peşəkar etik qaydalarım mənə müştərilərimin adlarını ictimai şəkildə açıqlamağa imkan vermir. Amma onu deyə bilərəm ki, mən çox uğurlu və tanınmış şəxslərlə çalışmışam və onların bir çoxu artıq ABŞ-də öz həyatlarını qurublar. Onların uğuru mənim üçün ən böyük peşəkar qürurdur.

- Bu vizaların alınması nə qədər vaxt aparır və mürəkkəb bir prosesdirmi? Uğurlu nəticə əldə etmək üçün nə məsləhət verərdiniz?

- O-1 vizası üçün müraciət prosesi adətən 2–3 ay çəkə bilər, EB-1 isə daha uzun — 8 aydan 1 ilə qədər davam edə bilər. Proses kifayət qədər mürəkkəbdir və çoxsaylı sübutların düzgün toplanmasını və təqdim edilməsini tələb edir. Mənim məsləhətim budur ki, bu sahədə təcrübəsi olan vəkildən kömək alınsın. Hər detalın önəmi var, və düzgün yanaşma uğurun açarıdır.

- İncəsənət, media və idman sahəsində olan şəxslər üçün ABŞ-də karyera qurmaq nə dərəcədə realdır və bu vizalar həmin məqsədə çatmaq üçün necə bir fürsət yaradır?

- Bu vizalar əslində həmin sahələrdə olan şəxslər üçün Amerika karyerasına açılan qapıdır. ABŞ bu sahələrdə istedadlı və peşəkar insanlara çox böyük imkanlar yaradır. Əgər siz öz sahənizdə seçilirsinizsə, bu vizalar vasitəsilə hüquqi status əldə edib fəaliyyətinizi beynəlxalq səviyyəyə daşıya bilərsiniz.

- Bu vizalara müraciət edən şəxslər ən çox hansı səhvləri edirlər və bu yolda nəyi mütləq nəzərə almaq lazımdır?

- Ən böyük səhv odur ki, bəzi şəxslər bu prosesi çox sadə görür və özləri sənədləri hazırlamağa çalışırlar. Halbuki bu tip müraciətlərdə hər detal vacibdir. Əgər sənəd düzgün yazılmayıbsa, sübutlar kifayət qədər deyilsə və ya strategiya düzgün qurulmayıbsa, nəticə mənfi ola bilər. Digər tərəfdən, bəzi insanlar lazımi səviyyədə hazır olmadıqları halda müraciət edirlər və bu da gələcəkdə yenidən müraciətə mane ola bilər. Mənim məsləhətim, öz gücünüzə və uğurlarınıza inanın, amma bu prosesi mütləq peşəkar dəstəklə edin.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyun 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri