Gənc istedad İtaliyada oynayacaq
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Çoxdan bir sıra klubların hədəfində olan Martin Baturina yeni mövsümə İtaliyada başlayacaq.
"Football-plus.az" xəbər verir ki, “Komo” rəhbərliyi Zaqreb “Dinamo”sunun gənc futbolçusu ilə razılaşıb. İnsayder Fabritsio Romanonun məlumatına görə, Xorvatiya klubu komoluların sonuncu təklifi qəbul edib.
Zaqreb təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin transferindən 18 milyon avro və əlavə bonuslarla birlikdə 25 milyon avroya çata biləcək qazanc əldə edəcək.
Martin İtaliya klubu ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq. O, yaxın günlərdə yeni komandası üçün tibbi müayinədən keçməlidi.
Baturina son mövsümdə komandasının heyətində 45 oyuna çıxaraq 6 qol vurub və 12 qolun ötürməsini edib.
Baxış sayı:75
Bu xəbər 14 İyun 2025 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















