İsmayıllıda EV YANDI
Icma.az bildirir, Bizim media portalına istinadən.
İsmayıllıda fərdi yaşayış evi yanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb.
Yanğın zamanı kənd sakini Həmidov Teymur Həmid oğluna məxsus ümumi sahəsi 150 kv metr olan birmərtəbəli kürsülü ev yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə FHN-nin İsmayıllı rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
Baxış sayı:229
Bu xəbər 22 Mart 2026 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















