İsmət Səttarov: Azərbaycan və Özbəkistan birlikdə sağlam informasiya mühiti formalaşdıracaq
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan və Özbəkistan media strukturları arasında əməkdaşlıq informasiya mühitinin peşəkar inkişafını gücləndirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda bildirib.
"Ölkələrimizin media strukturları arasında tərəfdaşlıq sağlam, obyektiv və peşəkar informasiya mühitinin formalaşmasına əhəmiyyətli təsir göstərəcək. Rəqəmsal transformasiya, yeni texnologiyaların aktiv tətbiqi və media məsələlərinə xüsusi diqqət şəraitində birgə işimiz xüsusi əhəmiyyət kəsb edir", - o qeyd edib.
O, birgə layihələrin, məlumat mübadiləsinin, yeni texnoloji trendlərin öyrənilməsinin və peşəkar jurnalistlərin qarşılıqlı əlaqəsinin media sahəsinin gələcək inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
"Əminəm ki, bu forum Azərbaycan və Özbəkistan KİV-ləri arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün səmərəli platforma olacaq", - İ.Səttarov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 30 Sentyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















