İsmət Səttarov: Qərəzsiz informasiya əldə etmək üçün media savadlı olmağa ehtiyac var
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Hazırkı informasiya məkanında doğru, etibarlı, qərəzsiz informasiya əldə etmək üçün media savadlı olmağa xüsusi ehtiyac var.
"Report" xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov "Media Savadlılığı" konfransında deyib.
O bildirib ki, media savadlılığı ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığıdır:
"İnformasiyanı anlamaq, tənqidi düşünmək, jurnalistikanın prinsiplərini dərk etmək, medianın necə fəaliyyət göstərdiyini başa düşmək, mediada yayılan məlumat və hadisələrin heç də həmişə reallığı əks etdirmədiyini anlamaq media savadlılığının əsasını təşkil edir.
İnformasiyadan düzgün istifadə nəinki jurnalistlər, eyni zamanda, hər kateqoriyadan olan insan üçün olduqca böyük əhəmiyyət kəsb edir".
İ.Səttarov qeyd edib ki, bu kontekstdə media savadlılığının hər bir insanın təhsilində yer alması çox mühümdür.
"Media savadlılığının müxtəlif səviyyələrdəki təhsil proqramlarına daxil edilməsini artıq günün zərurətinə çevrildiyini deyə bilərik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















