Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İspan xalqının mandatı və hayların “təltifi”

İspan xalqının mandatı və hayların “təltifi”

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Con İnyarritunun ermənipərəst bəyanatlarının motivləri barədə

“Azərbaycanın təbliğat meydanına atdığı qondarma “Qərbi Azərbaycan” narrativi tarixi yenidən yazmaq, Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləməyə və Ermənistandan yeni ərazilərin işğalına haqq qazandırmaq məqsədi daşıyır”.

Bunu İspaniya parlamentinin üzvü Con İnyarritu “Armenpress”in müxbiri ilə söhbətində deyib. Azərbaycan Ermənistanın, demək olar ki, bütün ərazisini əhatə edən “Qərbi Azərbaycan”ın tələbi ilə tarixi yenidən yazmağa cəhd göstərdiyini bildirən İnyarritunun sözlərinə görə, “Azərbaycan bu cür bəyanatlarla Avropa İttifaqına diplomatik və siyasi təzyiqlər etməyə çalışır”.

Bu zaman Bakının məqsədinin, guya, Aİ-nin fəaliyyətini daha çox Azərbaycanın maraqlarına uyğunlaşdırmağa çalışmaq, tez-tez enerji sövdələşmələrindən istifadə etmək olduğu kimi avantürist mülahizələrə baş vuran ispan deputat şərti sərhədin o üzündə qərar tutmuş avroparlamentarilərin “şəffaf fəaliyyətinə” toxunmağı da unutmur: “Aİ-nin müşahidə missiyası Ermənistan–Azərbaycan sərhədində vəziyyətin monitorinqi, sabitliyin təşviqi və baş verə biləcək insidentlərin qarşısının alınması üçün beynəlxalq müqavilələrə əməl olunmasına yönəlib. Bu baxımdan, Azərbaycanın missiya ilə bağlı narahatlığını anlamaq çətindir. Xüsusən də özünü sülh sazişini imzalamağa sadiq görünən bir ölkə üçün”.

Səlibçi “kollektiv Qərb”in anti-Azərbaycan təbliğat kampaniyasına qoşulmuş ispan deputatın siyasi cəhətdən səbatsız mülahizələrinə görə, “Azərbaycanın Aİ-nin müşahidə missiyasına qarşı iddiaları üçüncü dövlətlərin, xüsusən də Türkiyə və ya Rusiyanın təzyiqləri nəticəsində yarana bilər”.

Diplomatik məntiqdən uzaq bu cür “maraqlı” interpetasiyalar edən Con İnyarritu ardınca diqqəti yenidən mülki missiyanın bölgə üçün “faydalı” xidmətlərinə yönəldir: “Aİ missiyası nə bir tərəfi digərindən üstün tutmağa çalışır, nə də kəşfiyyat fəaliyyəti ilə məşğul olur. Onun əsas məqsədi tərəflər arasındakı fikir ayrılıqlarının sülh yolu ilə həllinə yardım göstərməkdir. Bu isə əlbəttə ki, Azərbaycanın Ermənistan torpaqlarını yenidən işğal etmək cəhdlərinə ziddir”.

* * *

Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan heç kəsin torpağında gözü olmadığını ən yüksək səviyyədə bəyan edib və bunu sülhə doğru atdığı addımları ilə isbatlayıb. Ermənistanın silahlandırmaq kimi “faydalı xidmət” missiyasını həyata keçirən Avropa İttifaqının isə kimin diktəsi ilə hərəkət etdiyi Bakıya yaxşı məlumdur. Parisin “dirijor çubuğu” ilə erməni separatçılara, revanşistlərə züy tutan təkcə İspaniya parlamentinin üzvü İnyarritu deyil ki.

XQ erməni lobbisinin “qonorarı” müqabilində ölkəsinin parlamentinin tribunasını haypərəst və qərəzli bəyanatlar səsləndirmək alətinə çevirmiş Con İnyarritunun “Ermənistan ərazilərinin Azərbaycan tərəfindən işğalı” barədə sərsəm çıxışları barədə yazıb. İspan xalqını parlamentdə təmsil etmək mandatını belə çirkin fəaliyyət üçün istifadə edən birindən diplomatik etiketə riayət, beynəlxalq hüquq qaydalarına hörmət gözləməyə dəyməz.

Con İnyarittu bundan əvvəl də Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının “sərhədlərin demarkasiya prosesini daha da genişləndirməyə” töhfə veridiyini açıqlamışdı. İtefada olan alman və fransız kəşfiyyatçılarının əsl niyyətini açıb ortaya qoyan ispaniyalı deputat “Armenpress”ə müsahibəsində missiyanın mandatının daha iki il müddətinə uzadılmasını “Cənubi Qafqazda sabitliyin və sülhün möhkəmləndirilməsi istiqamətində mühüm addım” kimi xarakterizə edib: “Mülki missiya Ermənistanın Azərbaycanla sərhədindəki vəziyyətin monitorinqində, beynəlxalq hüququn tələblərinə əməl olunmasının təmin edilməsində və iki xalq arasında dinc dialoqun təşviqində olduqca mühüm rol oynayır”.

Avropadakı səlibçi haypərəst düşərgənin təşkil etdiyi anti-Azərbaycan kampaniyasında fəal iştirak edən ispan deputatın məntiqinə görə, Aİ missiyasının daha iki il müddətinə Ermənistanda qalması bu ölkədə “demokratik idarəçiliyi gücləndirmək, qanunun aliliyini qorumaq və bölgədə sabitliyi təşviq etmək səylərini dəstəkləmək öhdəliyini” uğurla yerinə yetirəcək.

Bununla da kifayətlənməyən İnyarittu Azərbaycanın ünvanına ittihamlar yağdırmaqda davam edir: “Son illərdə Cənubi Qafqazda zorakılıq aktlarına rəvac verən yeganə ölkə Azərbaycan olub. Nə qədər ki, Bakı qonşusuna qarşı təcavüzkar hərəkətlərini davam etdirəcək, bölgədə yeni eskalasiya riski bir o qədər yüksək olaraq qalacaq”.

Müsahibəsində politoloji düşüncələrini bəlağətli nitqi ilə “izhar edən” ispan deputatın Cənubi Qafqaz məsələləri üzrə “peşəkar ekspert” kimi böyük uğurlar qazandığına şübhə yeri qalmır. Bölgənin problemləri barədə “yerli-yataqlı” siyasi analizə baş vuran deputat “münaqişəni sülh danışıqları ilə həll etməkdən ötrü beynəlxalq qurumlar Bakıya ciddi təzyiq göstərməyə davam etməlidir” deyir.

* * *

Çıxışlarında “Dağlıq Qarabağ” ifadəsindən gen-bol istifadə edən Con İnyarritu “bölgədə etnik təmizləmə aparan, Ermənistan ərazisini işğal altında saxlayan, o cümlədən beynəlxalq hüququ pozaraq açıq şəkildə hücum əməliyyatına hazırlaşan, bu məqsədlə hərbi büdcəsini və ordusunun müasir silahlarla təminatını artıran yeganə ölkənin” Azərbaycan olduğunu bəyan edən İspaniya parlamentinin haypərəst deputatının kimlərə və nəyə xidmət etdiyini güman etmək çətin deyil. Sadəcə, onun ispan xalqından qazandığı mandatını hay “təltifləri” üçün xərcləməsinə adamın hayfı gəlir.

P.S. Con İnyarritu 6 il bundan əvvəl Xankəndidəki separatçı rejimin rəhbəri Arayik Arutyunyanın “fərmanı” ilə “Mxitar Qoş” medalı ilə təltif edilib. Ona bu medal 2022-ci ilin dekabrında separatçıların Ermənistandakı nümayəndəliyi tərəfindən təqdim olunub. O zaman ispan deputat özünün sosial şəbəkə səhifəsində bunları yazmışdı: “Mxitar Qoş” medalını almaq mənim üçün böyük şərəfdir. Biz ermənilərin “Artsaxda” yaşamaq, eləcə də beynəlxalq tanınma hüququnun müdafiəsinə davam edəcəyik”. İnyarritu separatçı rejimə məhz siyasi dəstəyinə görə “Mxitar Qoş” medalı ilə “təltif edilib”. Beləliklə, separatçılardan aldığı “təltifi” göylərə qaldıran ispaniyalı deputat bununla beynəlxalq hüququ ayaqlar altına atdığını açıq etiraf edib.

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri