Icma.az
close
up
RU
Bakıya verilən sülh mesajı: Gernika təltifi nəyi ifadə edir?

Bakıya verilən sülh mesajı: Gernika təltifi nəyi ifadə edir?

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İlham Əliyev Azərbaycan–Ermənistan münasibətlərində sülhün təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi ilə bağlı Gernika-Lumo Şəhər Şurasına, Pforzheim Şəhər Şurasına və digər təşkilatlara minnətdarlığını bildirib. Dövlət başçısı qeyd edib ki, Gernika faciəsinin yaddaşını yaşadan və sülhə töhfə verənləri tanıdan bu mükafatın təqdim olunması böyük şərəfdir. O, mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunmasının xüsusi rəmzi məna daşıdığını vurğulayıb.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və sülhə verdiyi töhfələrin bariz göstəricisidir.

“Gernika Sülh və Barışıq Mükafatı beynəlxalq səviyyədə sülhün təşviqi, münaqişələrin dialoq yolu ilə həlli və xalqlar arasında barışığın gücləndirilməsi istiqamətində xidmətləri olan şəxslərə və qurumlara təqdim edilən nüfuzlu mükafatlardan biridir. Gernika Sülh və Barışıq Mükafatı yalnız bir təltif deyil, həm də beynəlxalq ictimaiyyətin sülhə xidmət edən fəaliyyətlərə verdiyi mənəvi və siyasi qiymətdir.

Bu mükafatın mahiyyətində duran əsas dəyərlər — sülh, dialoq və barışıq — Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətdə öz aydın əksini tapır. Xüsusilə, 30 ilə yaxın davam edən Azərbaycan–Ermənistan münaqişəsinin başa çatması regionda yeni reallıqlar yaradıb. Bu münaqişənin sona çatması ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, eyni zamanda regionda davamlı sülh üçün yeni imkanlar formalaşdırıb”, – deyə deputat bildirib.

O qeyd edib ki, bu gün Azərbaycan qalib dövlət kimi revanşizm deyil, sülh gündəliyi ilə çıxış edir. Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda və qarşılıqlı etimadın qurulmasındadır. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh müqaviləsi çağırışları, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində atılan addımlar regionun sabitliyinə xidmət edir.

Deputat Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu xüsusi olaraq qeyd edərək bildirib ki, Qəbələdə Volodimir Zelenski tərəfindən Azərbaycanın Rusiya–Ukrayna müharibəsi kontekstində mümkün sülh danışıqları üçün platforma kimi qiymətləndirilməsi ölkəmizin etibarlı tərəfdaş və dialoq məkanı kimi qəbul edildiyini göstərir. Bu, Azərbaycanın balanslı və prinsipial xarici siyasətinin nəticəsidir.

“Azərbaycan bu gün yalnız regionda deyil, daha geniş coğrafiyada sabitliyin və təhlükəsizliyin təmininə töhfə verən mühüm aktora çevrilib. Multikultural dəyərlərin qorunması, müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqi və beynəlxalq əməkdaşlıq təşəbbüsləri ölkəmizin sülhə xidmət edən siyasətinin əsas istiqamətləridir.

Gernika mükafatının İlham Əliyevə təqdim edilməsi bu siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir. Bu, Azərbaycanın gələcəkdə də sülh, sabitlik və əməkdaşlıq naminə fəaliyyətini davam etdirəcəyinə olan inamın ifadəsidir”, – deyə Azər Badamov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 Aprel 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri