İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
İspaniyanın Baş naziri Pedro Sançes Mərakeşdən ölkənin Şimali Afrikadakı Sebte şəhərinə yönələn qanunsuz miqrant axınını "İspaniyanın ərazi bütövlüyünə qarşı hücum və pozuntu" kimi qiymətləndirib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Pedro Sançes Sebte şəhərində jurnalistlərə açıqlamasında bildirib ki, son iki gündə şəhərə daxil olan qanunsuz miqrantların deportasiyası və mənşə ölkələrinə qaytarılması prosesini sürətləndirmək üçün yerli və mərkəzi qurumlarla birlikdə qəbul mərkəzi hazırlanıb.
Baş nazir qeyd edib ki, baş verən hadisə son dövrlərdə qeydə alınan miqrasiya statistikasında ciddi dəyişiklik yaradıb:
"Bu, görünməmiş bir vəziyyətdir. İspaniya üzrə qanunsuz miqrant axınında aylardır müşahidə olunan azalma tendensiyası pozulub. Buna görə də təkcə təcili tədbirlər deyil, uzunmüddətli əhəmiyyət daşıyan addımlar da atılmalıdır", – deyə Sançes vurğulayıb.
O əlavə edib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Sebte şəhərində təhlükəsizlik qüvvələrinin sayı artırılıb.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 31 İyul 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















