Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Zəfərin arxasında dayanan ağrı: Azərbaycan necə qalib gəldi? KONKRET

Zəfərin arxasında dayanan ağrı: Azərbaycan necə qalib gəldi? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər zəfərin arxasında təkcə qələbə sevinci deyil, həm də illərin gətirdiyi ağrılar, göz yaşları və sarsılmaz bir səbir dayanır. Azərbaycan xalqı üçün 8 Noyabr — Zəfər Günü sadəcə təqvimdə qeyd olunan bir bayram deyil; bu, otuz illik həsrətin və ən əsası, torpaq uğrunda canından keçən igidlərin ruhuna olan minnətdarlıq simvoludur.

Bəzi acılar o qədər dərinə işləyir ki, onları unutmaq mümkün deyil; lakin həmin acını qürura çevirmək xalqın mənəvi diriliyinin ən böyük sübutudur.

Otuz il ərzində hər qarabağlı öz yurdunun nisgili ilə yaşadı. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər adları çəkiləndə hər kəsin ürəyində bir tel qırılırdı. Yurdsuz qalmaq, doğma ocaqdan uzaq düşmək insan ruhunda heç vaxt sağalmayan bir yara idi. O illərin acısı hər bir azərbaycanlının qəlbində gizli bir intizar kimi yaşanırdı. Yurd həsrəti, dağıdılmış məscidlər, viran qoyulmuş evlər, doğma torpağın boynu bükük mənzərəsi hər birimizin içində sönməz bir od idi. Məhz bu sonsuz acıların və illərin intizarının fonunda Azərbaycan xalqı öz qətiyyətini göstərdi.

Bu otuz illik həsrətə və ədalətsizliyə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı. Xalqın sarsılmaz iradəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi ilə birləşərək vahid bir “Dəmir yumruq” formalaşdırdı. Cənab İlham Əliyevin istər hərbi, istərsə də diplomatik cəbhədə göstərdiyi polad kimi iradə düşmənin illərlə qurduğu istehkamları və mifləri darmadağın etdi. Məhz onun “Şuşasız bizim işimiz yarımçıq qalar” sözləri və Şuşanın fəthi ilə taclanan tarixi Zəfər müjdəsi bütün azərbaycanlıların qəlbini qürur və sevinc göz yaşları ilə doldurdu.

“Vətən sevgisi sözlə deyil, əməllə, tökülən qanla ölçülər.”

Bu Zəfər təkcə bir hərbi uğur deyil, canını və qanını Vətən uğrunda fəda edən minlərlə igidimizin müqəddəs əsəridir. Torpaqlarımızı azad etmək üçün gözünü qırpmadan hücuma atılan, şəhadət şərbətini içən şəhidlərimiz öz adlarını tarixin ən uca zirvəsinə yazdılar. Onlar bizə təkcə azad olunmuş torpaqlar deyil, həm də başıdik, qürurlu bir vətəndaş kimi yaşamaq haqqı miras qoydular.

Zəfərimizin yaşayan şahidləri və qəhrəmanları olan veteranlarımız və qazilərimiz isə bu mübarizənin ən parlaq timsalıdır. Şəhid analarının şəhid məzarları üstündə tökdükləri göz yaşları bu torpaqların necə alınmasının ən acı, amma ən müqəddəs şahidi idi. Çəkilən hər bir acı bu gün azad və bütöv Azərbaycanın təməl daşına çevrildi.

Bu gün Qarabağda ucalan Azərbaycan bayrağı həm çəkilən acıların sonu, həm də böyük Zəfərin əbədi təsdiqidir. Biz Şuşada, Xankəndidə, Kəlbəcərdə yanan hər bir yeni ocaqda şəhidlərimizin ruhunu şad edir, qazilərimizin fədakarlığını ehtiramla yad edirik. Zəfərimiz əbədi, birliyimiz sarsılmazdır!”

Xədicə Mürsəlzadə,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Noyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see288

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see281

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see270

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see263

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see263

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see261

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see260

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see255

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see251

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see248

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see234

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see232

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see229

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see224

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see222

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see222

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see219

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see214

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see212

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri