Icma.az
close
up
RU
İspaniya hərbi xərclərin artırılmasına dair NATO konsensusunu bloklayır

İspaniya hərbi xərclərin artırılmasına dair NATO konsensusunu bloklayır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 iyun, AZƏRTAC

ABŞ NATO ölkələrini məcbur edir ki, onlar müdafiə məqsədlərinə büdcənin 5 faizini xərcləsinlər.

AZƏRTAC İspaniyanın ABC qəzetinə istinadla xəbər verir ki, Pedro Sançes hökuməti hazırda hərbi xərclərin faizlə artırılmasının təsdiqi ilə bağlı NATO konsensusuna mane olur. İspaniya hətta digər ölkələr kimi müdafiə investisiyalarının ÜDM-ə nisbətdə müəyyən faizini müəyyən etmək prinsipini belə qəbul etmir. Madrid bunun yerinə öhdəliyin konkret potensialın yaradılması hədəfləri şəklində formalaşdırılmasına üstünlük verir.

Bu gün Brüsseldə baş tutacaq müttəfiq ölkələrin hərbi rəsmilərinin görüşü Haaqa sammitindən əvvəl sonuncu olacaq.

NATO-ya üzv ölkələr büdcə və ya texniki problemlər səbəbindən bu hədəfə çatmaqda çətinlikləri açıq şəkildə müzakirə edirlər. Hazırda buna qarşı çıxan yeganə ölkə İspaniyadır.

NATO-nun Baş katibi Mark Rütte təklif edir ki, üzv ölkələr sırf hərbi xərclərə 3,5 faiz, müdafiə ilə bağlı ola biləcək digər xərclərə isə 1,5 faiz sərmayə qoymaq öhdəliyi götürsünlər. NATO-da qərarlar yalnız konsensusla, yəni bütün ölkələrin razılığı və ya ən azı, heç kimin əleyhinə olmaması şərti ilə qəbul edilir. İspaniyanın Baş naziri Pedro Sançes mövqeyini dəyişməsə, çox güman ki, Haaqa sammitində Trampla üz-üzə gələcək və bütün bunların nəticələrinə qatlanmalı olacaq.

Fransa və İtaliya kimi digər ölkələr açıq-aşkar büdcə problemləri ilə üzləşirlər. Başqaları, məsələn, Hollandiya və Portuqaliya qeyri-sabit parlament hökumətlərinə malikdir və onlar müdafiə büdcəsinin kəskin artımını təsdiqləməkdə müəyyən çətinlikləri aradan qaldırmalı olacaqlar. Üçüncü qrup ölkələr, məsələn, Almaniya yenidən silahlanmaya ayrılan maliyyə vəsaitini artırmaq qərarına gəliblər ki, bu da silah sənayesinin istehsal imkanlarını tükəndirə, eyni zamanda, digər ölkələrdən bu materialların alınmasında problem yarada bilər. Lakin İspaniyadan fərqli olaraq, heç kim hazırda əsas missiyası ABŞ və onun avropalı müttəfiqləri arasında əlaqələri qorumaq olan Rüttenin qəbul etdiyi prinsipə qarşı çıxmayıb. Ola bilsin ki, belə bir şəraitdə Vaşinqton hələ də Avropada yerləşən 80 000 hərbçinin bir hissəsinin çıxarılması göstərişi versin. Ekspertlərin fikrincə, bu qoşun birləşmələrinin bəziləri başqa yerdə yerləşdiriləcək və həmin tarix transatlantik münasibətlərin siyasi temperaturunu müəyyən edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri