Icma.az
close
up
RU
İspaniya İsraildən sursat alımını dayandırdı

İspaniya İsraildən sursat alımını dayandırdı

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İspaniya Daxili İşlər Nazirliyi jandarmaya güllə tədarük edəcək İsrailli şirkətlə bağlanmış 6,6 milyon avro dəyərindəki müqaviləni ləğv edib.

"Cebheinfo.az" xəbər verir ki, İspaniya hökuməti Qəzzadakı soyqırıma qarşı təcili tədbirlər və Fələstin xalqına dəstək məqsədilə 23 sentyabrda Nazirlər Kabinetində qəbul etdiyi İsrailə qarşı sanksiya qərarlarını tətbiq etməyə başlayıb.

İspaniya dövlət televiziyası “RTVE”-nin verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyi jandarma üçün İsrail istehsalı güllələrin alınmasına dair müqavilələrin “yerinə yetirilməsinin mümkün olmaması səbəbilə” ləğv edilməsi prosesinə start verib.

Nazirlik mənbələri və sənədlərinə əsaslanan məlumatda, İspaniyada “Guardian Homeland Security S.A.” tərəfindən təmsil olunan İsrailli “IMI Systems LTD” şirkətindən 6,6 milyon avro dəyərində “9x19” millimetrlik güllələrin alınmasına dair müqavilənin ləğvi ilə bağlı sənədlərin imzalandığı bildirilib.

Verilən məlumatda bu müqavilənin Daxili İşlər Nazirliyinin İsrailli şirkətlərlə əlaqəli olan və ləğv edilən sonuncu müqavilə olduğu qeyd olunub.

Digər tərəfdən, Sosial Hüquqlar, İstehlak və 2030 Gündəliyi Nazirliyi də İsrailin işğal etdiyi Fələstin torpaqlarından İspaniyaya gətirilən mal və xidmətlərin reklamını edən şirkətləri araşdıracağını açıqlayıb.

Nazirlikdən İspaniya mediasına verilən məlumatda hökumətin İsrailə qarşı sanksiya qərarları çərçivəsində “Fələstindəki qanunsuz İsrail məskənlərindən çıxarılan məhsulların və bu məskənlərdə göstərilən xidmətlərin reklamının İspaniyada qadağan edilməsi” maddəsinə əsasən hərəkət edildiyi bildirilib.

Fələstin torpaqlarındakı qanunsuz işğaldan mənfəət əldə etdiyi iddia olunan İsrailli şirkətləri araşdıracaq olan İspaniyanın Sosial Hüquqlar, İstehlak və 2030 Gündəliyi Nazirliyinin bu məqsədlə BMT-nin Xüsusi Məruzəçisi Francesca Albanese tərəfindən iyul ayında yayımlanan “İşğal iqtisadiyyatından soyqırım iqtisadiyyatına” adlı hesabatdakı məlumatlardan da istifadə edəcəyi qeyd olunub.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri