İspaniya seldən zərər çəkmiş insanlara 10 milyard avro vəsait ayıracaq
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
İspaniya hökuməti daşqınlara qarşı ilk yardım paketinin bir hissəsi olaraq təxminən 10,6 milyard avro ayıracaq.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu krallığın baş naziri Pedro Sançes bildirib.
Onun sözlərinə görə, müvafiq qərar Nazirlər Şurasının iclasında qəbul edilib. Vəsait ev təsərrüfatlarına, şirkətlərə, fərdi sahibkarlara və yerli qurumlara veriləcək.
"Görülən bütün bu ilk tədbirlərin ümumi investisiya həcmi 10,6 milyard avronu keçəcək", - Sançes bildirib.
Oktyabrın sonunda İspaniya son 30 ilin ən böyük daşqını yaşayıb. Güclü yağışlar Valensiya muxtar icmasını və bir sıra digər əraziləri vurub. “The Guardian” qəzeti ölkədə daşqınlar nəticəsində 7 nəfərin itkin düşdüyünü və 200-dən çox insanın öldüyünü bildirib. Valensiyada yağan yağışlar səbəbindən dəmir yolu və magistral yolları su basıb, bölgədə sürətli qatarların hərəkəti dayandırılıb.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 05 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















