İspaniya sərnişinləri hantavirusa yoluxan gəmini qəbul etməyə razılaşdı
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniya rəhbərliyi göyərtəsində hantavirus infeksiyası yayılan Niderlanda məxsus "MV Hondius" kruiz gəmisinin Kanar adalarındakı limanlardan birinə yan almasına razılıq verib.
Avtosfer.az xəbər verir ki, bu barədə "El Confidencial" məlumat yayıb.
Bildirilir ki, rəsmi Madrid buna dair Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa İttifaqı ilə öncədən razılaşdırılmış müraciətini qəbul edib. Hazırda sözügedən gəmi Kabo-Verde adası yaxınlığında dayanıb.
Kruiz gəmisi hərəkətə başlamamışdan öncə Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (ECDC) ekspertləri mövcud durumu analiz edəcəklər. Mütəxəssislər gəmidəki şəxslərin Kabo-Verdedən təxirəsalınmaz təxliyəsinə ehtiyac olub-olmadığını dəqiqləşdirməlidirlər. Digər heyət üzvləri və sərnişinlər isə Kanar adalarına doğru hərəkət edəcəklər. Üç-dörd gün çəkəcəyi ehtimal olunan bu proses üçün dəqiq hansı limanın seçildiyi hələlik açıqlanmayıb.
Gəmi İspaniya sahillərinə çatdıqdan dərhal sonra göyərtədə olan bütün şəxslər tibbi yoxlanışa cəlb olunacaqlar. Tibb işçiləri zərərçəkənlərə müvafiq köməklik göstərəcəklər, ardınca isə sərnişin və heyət üzvlərinin öz ölkələrinə repatriasiyası təmin ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 06 May 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















