Ermənistan gələn il hərbi büdcəni 1,71 milyard dollara çatdırmağı planlaşdırır
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan gələn il müdafiə xərclərini 147,22 milyon dollar artıracaq.
"Report" xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Vahe Ovannisyan bildirib.
"2027-ci ildə Müdafiə Nazirliyinə 616 milyard dram (1,71 milyard dollar) ayrılacaq ki, bu da 2026-cı illə müqayisədə 53 milyard dram (147,22 milyon dollar) çoxdur", - Ovannisyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsində bildirib.
Onun sözlərinə görə, maliyyə vəsaiti müdafiə imkanlarının, infrastrukturun yaxşılaşdırılmasına və Silahlı Qüvvələrin təminatına yönəldiləcək.
2026-cı ildə müdafiə xərcləri demək olar ki, 16 % azaldılaraq 563 milyard dram (təxminən 1,46 milyard dollar) təşkil edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 18 Noyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















