İspaniya X , Meta və TikTok platformalarına qarşı araşdırmalara başlayacaq
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"İspaniya hökuməti "X", "Meta" və "TikTok" platformaları ilə bağlı araşdırmanın başlanması üçün Baş Prokurorluğa müraciət etmək niyyətindədir".
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes Nazirlər Şurasının iclasından əvvəl bəyan edib.
Onun sözlərinə görə, bu iclasda süni intellektdən istifadə edilərək uşaq pornoqrafiyasının yaradılması və sosial şəbəkələr vasitəsilə yayılması ehtimalı ilə bağlı ölkənin Baş Prokurorluğa müraciət edilməsi qərarı veriləcək. Sançes bildirib ki, Baş Prokurorluğun nizamnaməsi hökumətə ictimai maraqların qorunması üçün məhkəmə prosesinə başlanması ilə bağlı müraciət etmək imkanı verir.
İspaniya baş nazirinin fikrincə, bu platformalar uşaqların əqli sağlamlığını, ləyaqətini və hüquqlarını təhdid edir:
"Dövlət buna icazə verə bilməz. Bu nəhənglərin cəzasızlığına son qoyulmalıdır", - deyə Pedro Sançes qeyd edib.
Qeyd edək ki, fevralın əvvəlində İspaniya hökuməti 16 yaşından kiçik şəxslərin sosial şəbəkələrə çıxışını qadağan etmək planlarını açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 17 Fevral 2026 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















