Mark Drobinski L.və M Rostropoviçlərin ev muzeyini ziyarət edib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 29 oktyabr, AZƏRTAC
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda keçirilən “One Humanity Concert: Our Oldest Future” konsertində iştirak etmək üçün ölkəmizə gələn görkəmli violonçel ifaçısı Mark Drobinski Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, qonaq üçün ekskursiya təşkil olunub. Ekskursiya zamanı ona Leopold və Mstislav Rostropoviçlərin həyat və yaradıcılığı, eləcə də onların Azərbaycan musiqi mədəniyyəti ilə əlaqələri haqqında ətraflı məlumat verilib.
Mark Drobinski 1940-cı il aprelin 8-də Bakıda anadan olub. İlk musiqi təhsilini doğma şəhərində alan sənətkar 1952–1957-ci illərdə görkəmli Azərbaycan violonçel ifaçısı və pedaqoqu, Azərbaycan SSR Xalq artisti, professor Sabir Əliyevin sinfində təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında məşhur violonçel ifaçısı və pedaqoq İsaak Turiçin rəhbərliyi altında təhsilini davam etdirib.
Sonradan Moskva Konservatoriyasında təhsilini davam etdirən Mark Drobinski sənətkarlığını dünya şöhrətli violonçel ifaçısı Mstislav Rostropoviçin rəhbərliyi altında təkmilləşdirib. Rostropoviç onun peşəkar inkişafında mühüm rol oynayıb və Moskva Konservatoriyasına keçidində ona dəstək göstərib.
1974-cü ildən Fransada yaşayan Mark Drobinski beynəlxalq musiqi səhnəsində tanınmış ifaçı kimi fəaliyyətini davam etdirir. Onun yaradıcılıq yolu Azərbaycan violonçel məktəbinin zəngin ənənələrini dünya musiqi mədəniyyəti ilə birləşdirən əlamətdar nümunələrdəndir.
Ziyarət zamanı qonağa muzey tərəfindən Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün əsərlərindən ibarət toplunun ingilis dilində nəşri hədiyyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 29 Oktyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















