İsrail ABŞ nin hərbi yardımından tədricən imtina edəcək
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail tədricən ABŞ-nin hərbi yardımından imtina etmək və Vaşinqtonla yeni şərtlərlə tərəfdaşlığa keçmək niyyətindədir.
AZXEBER.COM "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında bildirilib.
İsrail Baş nazirinin ofisi xatırladıb ki, 1996-cı ildə Benyamin Netanyahu ABŞ-nin 1,2 milyard dollar həcmində iqtisadi yardımından tədricən imtina edəcəyinə söz verib və bu vədinə əməl edib. İndi, 30 il sonra, Baş nazir İsrail iqtisadiyyatını ABŞ-nin hərbi yardımından da imtina edə biləcək qədər güclü hesab edir.
Ofisdən vurğulayıblar ki, bu addım yardım modelindən tərəfdaşlığa keçid deməkdir. Orada, həmçinin ABŞ dövlət katibi Marko Rubionun yardımın dayandırılması təşəbbüsünün İsrail tərəfindən irəli sürüldüyünü bildirdiyi açıqlamasına da yer verilib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İsrailə hərbi yardımının elə bu il dayandırılacağını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 11 Noyabr 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















