İsrail aviaşirkətləri ölkədən xaricə repatriasiya uçuşları həyata keçirməyə başlayır
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
İsrail hava yolları iyunun 23-də İsraildən repatriasiya uçuşları həyata keçirməyə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ben Qurion hava limanı məlumat yayıb.
Qeyd edilib ki, hər reysdə 50 sərnişin olacaq.
“The Times of Israel”in məlumatına görə, 1000-dən çox israilli və xarici vətəndaş İsraili tərk edir.
Təyyarədə olan sərnişinlərin sayına məhdudiyyət İranın raket hücumları fonunda Ben Qurion hava limanında təhlükəsizlik risklərini minimuma endirmək məqsədi daşıyır.

İsrail bu ölkədən nümayəndələrini geri çağırır
20 May 2025 22:34
Suriyalılar İsrail ordusunu ölkədən qovacaq Xamenei
22 Dekabr 2024 16:15
İsrail o qızı ölkədən çıxardı FOTO
10 İyun 2025 12:11
İsrail Trampın planının birinci mərhələsini həyata keçirməyə hazırlaşır
04 Oktyabr 2025 10:27

