İsrail Beyrutun cənub kənarında dörd bölgəyə hücum edib Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları günorta saatlarında Livan paytaxtının cənubunda Hizbullahın ofislərinin yerləşdiyi bir neçə binaya raket zərbələri endirib.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, əvvəllər qalan sakinlərin təxliyə olunduğu Qobeyri, Ruveys, Haret-Horeik və El-Mreyc məhəllələrinə hava hücumları həyata keçirilib.
"Biz bir-birinin ardınca gələn çox güclü partlayışlar eşitdik", - deyə hadisə şahidlərindən biri bildirib.
Onun sözlərinə görə, İsrailin hərbi hava qüvvələri və pilotsuz təyyarələri Beyrut səmasını tərk etmir:
"Biz gözləyirik ki, daha bir basqın olacaq, İsrail komandanlığı bu barədə əhalini xəbərdar etdi".
Ardıcıl üçüncü gündür ki, İsrail təyyarələri gündüzlər Beyruta hava hücumları həyata keçiriblər, onlar artıq cümə axşamı səhərdən şəhəri iki dəfə bombalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 14 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















