İsrail buna nail ola bilmir Türkiyə XİN
Icma.az, Axar.az saytına istinadən bildirir.
Son günlər İsrail rəsmiləri tərəfindən müəyyən koordinasiya və zamanlama ilə dövriyyəyə buraxılan əsassız iddialar dezinformasiya kampaniyasının bir hissəsidir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
“Netanyahu (İsrailin Baş naziri Benyamin Netanyahu) və onun şərikləri özlərinə yönələn istənilən tənqidi qəsdən təhrif edir və sistemli təbliğat fəaliyyəti ilə gündəmi dəyişməyə çalışırlar.
Digər tərəfdən, sözügedən cəhdlər artıq beynəlxalq ictimaiyyəti inandırmır. İsrail hökuməti Qəzzada həyata keçirdiyi soyqırımı, bölgədəki işğal və ilhaq siyasətlərini, eləcə də sabitliyi pozan fəaliyyətlərini gizlətməyə nail ola bilmir.
Türkiyənin məqsədi bölgədəki bütün ölkə və xalqların sülh, sabitlik və rifah şəraitində yaşamasıdır. Bu səbəbdən, İsraili bir daha sülhpərvər siyasət yürütməyə çağırırıq.
Türkiyə olaraq həqiqətləri deməyə davam edəcəyik”, - deyə bəyanatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 07 İyul 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















