Icma.az
close
up
RU
İsrail çörək və süd qıtlığına dözmür, Qəzzadakı aclığı isə heç kim hiss etmir

İsrail çörək və süd qıtlığına dözmür, Qəzzadakı aclığı isə heç kim hiss etmir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İsrail zəruri malların tədarükü ilə bağlı yeni böhranın astanasındadır.

Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının verdiyi məlumata görə, artıq supermarketlərdə hiss olunan süd qıtlığından sonra çörək tədarükünün sabitliyi də təhlükə altındadır.

Səbəb ölkəyə gətirilən bütün buğdanın 40%-nin keçdiyi Aşdod limanında aparılan genişmiqyaslı modernləşdirmə işləridir.

“Kalkalist” nəşrinin məlumatına görə, söhbət avqustda - buğda idxalı mövsümünün qızğın vaxtında Aşdod limanında 21 nömrəli “taxıl” estakadasının işinin iki həftə müddətinə müvəqqəti dayandırılmasından gedir.

Müharibə səbəbindən ölkənin artıq idxaldan asılılığını artırdığı bir şəraitdə bu addım dəyirmanların təchizatına və son nəticədə piştaxtalarda çörəyin olmasına ciddi təsir göstərə bilər.

İsrail əhalisinin təxminən 20%-ni unla təmin edən “Stibel” şirkəti yaranmış vəziyyətdən xüsusilə narahatdır. Şirkətin əməkdaşlıq etdiyi Rusiyadan gələn buğda gəmilərinin əsas hissəsi avqustun ikinci yarısında - yəni estakadanın tam olaraq bağlanacağı vaxt gözlənilir. Eyni zamanda, bu mövsümdə buğda məhsulu həmişəkindən aşağı olub, taxılın keyfiyyəti isə daha pis olub. Nəşr yazır ki, İsrailin yalnız minimal ehtiyatları var, qaydalara görə, ondan kommersiya məqsədləri üçün istifadə etmək olmaz.

Çörək tədarükü ilə bağlı problemlər südün, xüsusən də dövlət tərəfindən tənzimlənən südün davamlı qıtlığı fonunda yaranır. "Walla veb"saytının daha əvvəl bildirdiyi kimi, "Tnuva" məhsulları bir neçə gündür ki, supermarket rəflərində yoxdur və tələbat kəskin şəkildə rəqib brendlərdən - "Tara" və "Golan" Süd Fabrikinin südünə doğru dəyişib. Nəticədə onlar da qıtlıq yaşamağa başlayıblar.

Tənzimlənməmiş südə gəlincə, o, hələ də satışdadır, lakin alıcıların qeyd etdiyi kimi, o, çatdırılma ilə yanaşı, yalnız səhər saatlarında rəflərdə görünür və nəzərəçarpacaq dərəcədə bahadır.

Qeyd etmək lazımdır ki, iki həftəlik ləngimə ölkədə nəzərəçarpacaq dərəcədə hiss olunursa, Qəzzada aylarla ərzaq daşınmasının qarşısını alan Netanyahu hökuməti oradakı vəziyyəti anlamağa çalışmalıdır. Vəziyyətin siyasi tərəfləri, siyasətçilərin işidir - ancaq bölgədə acından ölən uşaqlar var və bu faciə onların qərarlarının nəticəsidir.

Əslində, məsələnin siyasi yox, insani tərəfi daha ağır gəlir. İnsanları – xüsusilə də uşaqları – öldürüb torpaq qazanmaq heç bir xalqı xoşbəxt edə bilməz. Çünki İlahi ədalət mövcuddur və bu ədalət gec-tez təcəlli edir. Və İlahi ədalətlə yanaşı, beynəlxalq hüququn və vicdanın rolu da əhəmiyyətlidir. Çünki həm din, həm də beynəlxalq normalar insan həyatını hər şeydən üstün tutur.

Uşaqların və günahsız insanların müharibə qurbanı olması, sadəcə statistik rəqəm deyil, hər biri bir həyat, bir dünyadır. Uşaqların ölümü isə insanlığın məğlubiyyətidir.

Tarix sübut edir ki, zorla alınan torpaq və hüquqsuz qazanılan üstünlüklər uzunömürlü olmur. Bu səbəbdən, həm bölgədəki tərəflərin, həm də dünya ictimaiyyətinin ədalətli və davamlı həll yollarına üstünlük verməsi şərtdir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyul 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri