İsrail Dəməşqi vurdu: Əsədə köməyə gələn general öldü
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
İsrailin Suriyanın paytaxtı Dəməşq yaxınlığında bir avtomobilə endirdiyi hava zərbəsi nəticəsində Livan Hizbullahının Suriya ordusu ilə əlaqədən məsul olan yüksək rütbəli rəsmisi ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” Livan Hizbullahının təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat yayıb.
İsrail ordusundan hadisə ilə bağlı şərh verilməyib.
Qeyd edək ki, “Heyət Təhrir əş-Şam”ın Hələb və İdlibi nəzarətə alıb, Həmaya hücuma keçməsinə cavab olaraq Suriya rejimi İrandan kömək istəyib. İran isə İraq və Livandakı proksi qüvvələrini Əsədə köməyə göndərib.

İsrail ordusu da Dəməşqi vurdu: Əsədə köməyə gələn general öldü
04 Dekabr 2024 00:38
İsrail Dəməşqi vurdu
13 Mart 2025 16:58
İsrail təyyarələri Dəməşqi vurdu
10 Dekabr 2024 00:15
İsrail Dəməşqi vurdu: 15 ölü
14 Noyabr 2024 19:26
İsrail Dəməşqi atəşə tutdu
10 Dekabr 2024 00:17

