Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək Tarix razılaşdırılır
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Rusiya və ABŞ Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşün tarixlərini razılaşdırmağa başlayıb. Görüş noyabr ayında baş tutacaq.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə “Vesti” informasiya xidməti üçün müsahibəsində bildirib.
“Biz Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların tarixini razılaşdırmaq üçün amerikalılarla işə başlamışıq. Bu danışıqlar noyabr ayında keçiriləcək”, – deyə Uşakov bildirib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı üçtərəfli danışıqların tarixinin razılaşdırılmasında heç bir çətinlik olmadığını açıqlamışdı. Onun sözlərinə görə, bu istiqamətdə razılaşdırma prosesi davam edir.
Post navigationPrevious: Oynaq ağrılarından qorunmaq üçün 6 faydalı qida – Mütəxəssislər tövsiyə edir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 30 Oktyabr 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















