İsrail dronları bir müddət əvvəl İran ərazisinə keçirib Politoloq
Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fikrimcə, İsrailin İrana hava zərbələrinin endirməsində Ukrayna kəşfiyyatının Rusiya ərazisində həyata keçirdiyi son əməliyyatın da rolu olub. Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə keçirərək bombardmançı təyyarələrə zərbələr endirmişdi. Ukraynanın həyata keçirdiyi bu uğurlu əməliyyat İranın da diqqətini çəkə bilərdi. İsrailin İran ərazisində güclü xəfiyyə şəbəkəsi mövcuddur və məhz bu şəbəkə illər ərzində uranın zənginləşdirilməsi mərkəzlərində çalışan bir qrup alimi öldürüb.
Sən demə İsrail kəşfiyyatı da Ukrayna kəşfiyyatı kimi oxşar əməliyyat hazırlayıb və dronları bir müddət əvvəl İran ərazisinə keçirib. Məhz bu dronlar İrandakı hədəf seçilən mərkəzlərə zərbələr endirib, yüksək rütbəli generalları evlərində öldürüb. İran əks-kəşfiyyatı Ukraynanın Rusiyada həyata keçirdiyi gizli əməliyyatın oxşarının İsrailin İran ərazisində reallaşdıracağını proqnozlaşdıra bilərdi.
Mümkündür ki, İsrail İran ərazisində yerləşdirdiyi dronların aşkarlanacağından ehtiyatlanaraq hərbi əməliyyatı sürətləndirib.
Politoloq Elxan Şahinoğlu,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 İyun 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















