Icma.az
close
up
RU
“İsrail dünyanın ən nifrət edilən rejimidir“ Əli Xamenei

“İsrail dünyanın ən nifrət edilən rejimidir“ Əli Xamenei

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sionistlər heç kəsə aman vermir..."

Qərbin təzyiqləri fonunda Tehran İsrailə qarşı siyasətini sərtləşdirir

Son günlər İran rəhbərliyinin ardıcıl bəyanatları həm Qərb dövlətlərinə, həm də İsrailə qarşı sərt ritorika ilə müşayiət olunur.

Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri yazıb.

Nəşr qeyd edir ki, BMT Baş Assambleyasındakı çıxışlardan tutmuş regional səfərlərə qədər Tehranın mesajları eyni xətti izləyir: kompromisə getməmək, müqavimət mövqeyini gücləndirmək və özünü regionda mübarizənin avanqardı kimi təqdim etmək.

"İsrail dünyanın ən nifrət edilən rejimidir"

Ali dini lider Əli Xamenei Binyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışına cavabında İsrailin beynəlxalq səviyyədə təcrid olunduğunu vurğulayıb. O, sosial şəbəkədə paylaşdığı mesajda Netanyahunun boş zala müraciət etməsini simvolik bir mənzərə adlandıraraq yazıb ki, bu, sionist rejimin dünyada tədricən etibarını və dəstəyini itirdiyini göstərir.

Xamenei həmçinin ABŞ-la nüvə proqramı üzrə danışıqların mənasız olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton real razılaşma axtarmır, yalnız İrana təhdid və şərtlər irəli sürür. "Nüvə tədqiqatlarını dayandırmaq və raket proqramından imtina etmək kimi tələblər əslində kapitulyasiya deməkdir. Heç bir dövlət buna razı olmaz", - o, vurğulayıb.

"ABŞ-ın tələbi qəbuledilməzdir"

İran prezidenti Məsud Pezeşkyan da oxşar mövqedən çıxış edərək ABŞ-ın son təklifini kəskin tənqid edib. Vaşinqton İrandan bütün zənginləşdirilmiş uranı təhvil verməsini tələb edib və bunun müqabilində yalnız üç aylıq sanksiya yüngülləşdirməsi vəd edib. Pezeşkian bunu "alçaldıcı və qəbuledilməz" adlandıraraq, ölkənin milli maraqlarına zidd olduğunu açıqlayıb.

Bu bəyanat BMT Təhlükəsizlik Şurasında Rusiyanın və Çinin təşəbbüsü ilə gündəmə gətirilən, sanksiyaların bərpasını altı ay təxirə salmaq təklifinin rədd edilməsindən dərhal sonra səslənib. Avropanın aparıcı dövlətləri - Fransa, Almaniya və Böyük Britaniya, əksinə, İran üzərində təzyiqi artırmaq və "snapback” mexanizminin tətbiqini labüd göstərmək tərəfdarıdır.

"Sionistlər heç kəsə aman vermir"

Eyni zamanda, İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani Beyruta səfər edərək Həsən Nəsrullah və digər müqavimət liderlərinin xatirə tədbirlərində iştirak edib. O, İsraili "qorxunc rol" oynayan və heç kəsə aman verməyən rejim kimi təqdim edərək, "sionistlərin təbiəti artıq bütün dünyaya aydın olub" deyib.

Laricaninin çıxışı xüsusilə Livanda rezonans doğurub. Çünki yerli hakimiyyət daha əvvəl Tehrandan daxili işlərə qarışmamağı və "Hizbullah" məsələsini şərh etməməyi xahiş edib. Bununla belə, Tehran öz mesajını verməkdən çəkinmir və İsrailə qarşı mübarizəni bütün region xalqlarının ortaq vəzifəsi kimi göstərir.

İranın sərtləşən kursu
Xamenei, Pezeşkian və Laricaninin son açıqlamaları bir xətt üzrə birləşir: İran nə ABŞ-la dialoqdan, nə də İsraillə açıq qarşıdurma ritorikasından geri çəkilmək niyyətində deyil. Qərbin təzyiqləri artdıqca Tehran özünü "dirəniş cəbhəsinin" əsas dayağı kimi təqdim edir.

Bununla yanaşı, Avropa və ABŞ sanksiya mexanizmlərini yenidən işə salmağa çalışır, İran isə hər addımda təslim olmayacağını nümayiş etdirir. Nəticədə, beynəlxalq arenada gərginlik artır, regionda isə Tehran İsrailə qarşı blokun əsas siyasi və ideoloji lideri rolunu möhkəmləndirməyə çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Sentyabr 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri