İsrail əməliyyat üçün on minlərlə ehtiyatda olan hərbçisini səfərbər edir
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail Qəzza sektorunda əməliyyatın miqyasını genişləndirmək üçün müdafiə ordusunda xidmət etmək üçün on minlərlə ehtiyatda olan hərbçini çağıracaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici jurnalistlər üçün brifinqdə İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser bildirib.
"Bu həftə İsrail Qəzzada əməliyyatı gücləndirmək və genişləndirmək üçün on minlərlə ehtiyatda olan hərbçiyə çağırış əmrləri göndərəcək. İşğal üçün deyil, hərbi əməliyyatı genişləndirmək üçün", - deyə Menser bildirib.
Onun sözlərinə görə, məqsəd HƏMAS-a təzyiqi artıraraq, radikalların Fələstin anklavında saxladığı girovları azad etməkdir.
İsrail "aydın şəkildə bildirib ki, əgər girovlar azad edilsə və HƏMAS silahı yerə qoysa, müharibə bitəcək", - deyə hökumət nümayəndəsi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 05 May 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















