İsrail Ermənistanla bağlı xəbərdarlığı yenilədi
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin Milli Təhlükəsizlik Şurası üç ölkəyə səfər xəbərdarlığını yeniləyib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Maldiv adaları və Ermənistana səyahət xəbərdarlığının səviyyəsi yüksəldilib, Braziliya ilə bağlı xəbərdarlığın səviyyəsi isə azaldılıb.
Məlumatda deyilir ki, Ermənistana səyahət xəbərdarlığı “İsrail vətəndaşları, yəhudilər üçün terrorçu elementlərin təhlükəsi fonunda” 1-ci səviyyədən 2-ci səviyyəyə qaldırılıb.
Səyahət xəbərdarlığı ilə bağlı “Səviyyə 2” səfər edənlərə ehtiyatlı olmağı tövsiyə edir, bu, ölkəni tamamilə tərk etmək çağırışı kimi qiymətləndirilmir.

