İsrail Əyyaşı azadlığa buraxdı
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
SEPAH-a bağlı “Tasnim” xəbər agentliyinin İordan çayının qərb sahilindəki müxbiri, fələstinli jurnalist Fərəh Əbu Əyyaş 450 gün həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılıb.
Axar.az xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilib.
Məlumata görə, hərbi məhkəmə sübutların kifayət etmədiyini əsas gətirərək, Fərəh Əbu Əyyaşa bütün ittihamlardan bəraət verib.
Bildirilib ki, onun işi üzrə məhkəmə iclasları dəfələrlə təxirə salınıb, jurnalist isə bu müddətdə İsrailin “Damon” zindanında saxlanılıb.
Qeyd edək ki, jurnalist 2025-ci il avqustun 6-da İsrail hərbçilərinin İordan çayının qərb sahilindəki Hevron şəhərinin şimalında yerləşən Beyt Ummar qəsəbəsindəki evinə gecə basqını zamanı saxlanılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 Oktyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















