Şotlandiya polisi Epşteynin Balmoral qəsrinə səfərini araşdırır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
London, 30 oktyabr, AZƏRTAC
Şotlandiya polisi Ceffri Epşteynin keçmiş şahzadə Endryu və Gileyn Maksvell ilə birlikdə Balmoral kral iqamətgahına səfəri ilə bağlı araşdırmalara başlayıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Epşteyn 1999-cu ildə o dövrdə şahzadə titulunu daşıyan Endryunun dəvəti ilə Balmoral iqamətgahına səfər edib.
Həmin dövrə aid olduğu bildirilən, dəqiq tarixi məlum olmayan fotoşəkildə Epşteyn və Maksvellin kral iqamətgahının ərazisində yerləşən “Glen Beg” adlı taxta evdə istirahət etdikləri görünür. ABŞ Ədliyyə Nazirliyi tərəfindən daha əvvəl yayımlanan fotoşəkillərdə isə Endryu və Epşteynin birlikdə ov səfərində olduqları ehtimal edilir.
Şotlandiya polisinin sözçüsü bildirib ki, araşdırmalar hələ ilkin mərhələdədir və bütün istintaq tədbirləri sübutlara əsaslanaraq, zərərçəkmişlərin maraqları nəzərə alınmaqla həyata keçirilir. Polis davam edən araşdırmaların təfərrüatlarını açıqlamayacağını və hazırkı mərhələdə əlavə şərh verməyəcəyini vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 30 Oktyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















