Icma.az
close
up
RU
İsrail HƏMAS a inanmır: girovların azad olması üçün...

İsrail HƏMAS a inanmır: girovların azad olması üçün...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təl-Əviv hərbi əməliyyatların dayandırılması ilə bağlı şərtləri açıqladı

Qəzza bölgəsində vəziyyət yenidən gərginləşib. Xatırladaq ki, bir müddət öncə Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlar zamanı münaqişə tərəfləri yeni sazişin şərtlərini müəyyən edə bilməmişdilər. Avqustun 8-də İsrailin hərbi-siyasi kabineti Qəzzanı tam nəzarətə götürmək və Fələstin anklavında əməliyyatı genişləndirmək planını təsdiqləmişdilər. Avqustun 8-də HƏMAS vasitəçilərin atəşkəs təklifinə müsbət cavab verdi, sülh şərtləri İsrailə verildi. İki gün sonra İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqlədi. Avqustun 21-də isə təklif olunan strategiya baş nazir Binyamin Netanyahu tərəfindən də təsdiqləndi. Avqustun 29-da İDF sözçüsü Aviçai Edri hərbçilərin Fələstin anklavının inzibati mərkəzinə hücuma başlamaq üçün hazırlıqlara başladığını açıqladı. İsrail tərəfinin məlumatına görə, radikallar Qəzzada 48 nəfəri girov saxlamağa davam edir, onlardan 20-si sağdır.

HƏMAS bəyanat verdi: girovları azad etməyə hazırıq

Qeyd edək ki, avqustun 18-də Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı müxtəlif mənbələrə istinadən bildirmişdi ki, HƏMAS 60 günlük atəşkəs çərçivəsində müəyyən sayda fələstinli məhbus müqabilində israilli girovların yarısını azad etməyə razılaşıb.

Bu günlərdə HƏMAS hərəkatı İsraillə anklavda hərbi əməliyyatların tamamilə dayandırılmasını nəzərdə tutan hərtərəfli saziş çərçivəsində Qəzza zolağında saxlanılan bütün girovları azad etməyə hazır olduğunu açıqlayıb. Məlumata görə, bu barədə bəyanat radikalların teleqram kanalında yayılıb. “HƏMAS təsdiq edir ki, o, razılaşdırılmış sayda fələstinli məhbus müqabilində bütün girovları azad edəcək hərtərəfli razılaşmanın həyata keçirilməsinə hazırdır. Bu razılaşma, həmçinin Qəzzada müharibənin dayandırılmasını və İsrail qoşunlarının oradan çıxarılmasını da əhatə etməlidir”, - məlumatda deyilir.

Bəyanatda HƏMAS təsdiq edir ki, hərtərəfli razılaşmanın həyata keçirilməsinə doğru irəliləməyə hazırdır. Hərəkat, həmçinin israr edir ki, sazişin bağlanması ilə anklavla sərhəddəki bütün keçid məntəqələri öz işini bərpa etməli və onun yenidən qurulması işlərinə başlanmalıdır. Qruplaşma Qəzzada “təxnokratların müstəqil hökuməti”nin yaradılmasına razıdırlar.

Trampdan qəti tələb: ...hamısını qaytarsın!

Bu arada ABŞ prezidenti Donald Tramp HƏMAS-a müraciət edib. “HƏMAS-a deyin ki, 20 girovun hamısını (2 yox, 5 yox, 7 yox!) dərhal geri qaytarsın. Situasiya kəskin şəkildə dəyişəcək. Bu, bitəcək!”, - deyə Tramp bu barədə “Truth” sosial şəbəkəsində yazıb.

Bildirilməlidir ki, Qəzza zolağının gələcəyi ilə bağlı son görüşdə Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff, dövlət katibi Rubio və Britaniyanın keçmiş baş naziri Bleyer də iştirak edib. Bu barədə ABŞ rəsmilərinə istinadən “The New York Times” məlumat yayıb. Qəzet yazır ki, bu görüşlərdən biri avqustun 27-də Ağ Evin Oval kabinetində baş tutub və Qəzza zolağının gələcəyinə həsr olunub. İki mənbəyə görə, Tramp öz xüsusi nümayəndəsi Stiv Vitkoff, eləcə də Kuşnerlə 90 dəqiqədən çox müzakirə aparıb. Görüşün təfərrüatları hələlik məlum deyil. Vitkoff “Fox News”a açıqlamasında bildirib ki, Tramp administrasiyası regionun problemlərini həll etmək üçün “çox əhatəli plan” hazırlayır. Oval kabinetdəki görüş Rubionun Dövlət Departamentində İsrailin xarici işlər naziri Gideon Saarı qəbul etdiyi gün baş tutub. Onlar Yaxın Şərqdəki vəziyyəti, o cümlədən İsrail və İran arasında müharibənin nəticələrini, eləcə də Qəzza zolağındakı müharibəni müzakirə ediblər.

HƏMAS-a inanmırlar - şərtlər dəyişməyib...

İsrailin Qəzzaya qarşı genişmiqyaslı əməliyyat keçirməsi istəyinin isə HƏMAS-a inamın olmamasından qaynaqlandığı bildirilir. Bir çox Qərb mənbələri bu ilin fevralında da analoji açıqlamanın verildiyini, amma əməl edilmədiyini önə çəkir. Onların fikrincə, HƏMAS bu yolla sadəcə, vaxt udmaq niyyətindədir. İsrail hökuməti də HƏMAS hərəkatının girovları azad etməyə hazır olması ilə bağlı bəyanatını heç bir yeni təklif gətirməyən təbliğat addımı kimi qiymətləndirib. Bu barədə baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Hakimiyyət hərbi əməliyyatların yalnız İsrail hərbi-siyasi kabinetinin təsdiq etdiyi şərtlər yerinə yetirildiyi təqdirdə dayandırıla biləcəyini vurğulayıb. Onların arasında bütün girovların azad edilməsi, HƏMAS-ın tərk-silah olunması, Qəzza zolağının demilitarizasiyası, regionda təhlükəsizliyə İsrail nəzarətinin yaradılması və anklavda alternativ mülki administrasiyanın formalaşdırılması daxildir.

SADİQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Sentyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri